Qarabağda "dedovşina"ya dözməyən erməni əsgər İrəvana qaçdı - DETALLAR (FOTO)

2018/01/0aca735dbd02065ba2cae69f062d7f82213_151488242732432_1516466494.jpg
Oxunub: 2516     01:07     21 Yanvar 2018    
İşğal altında olan Qarabağda erməni əsgərlər mütəmadi olaraq döyülür və təhqir edilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, zorakılığa məruz qalan erməni əsgərlərdən biri, Edqar Hakobyan "ədalət" axtarmaq üçün işğal altında olan Qarabağdan İrəvana gəlib.

Məlumata görə, o, şəhəri tanımır və hazırda tanışlarının evində qalır. Hətta, o, ona qarşı döyülmə, təzyiq və təhqirlə əlaqədar kimə müraciət edəcəyini də bilmir.

Edqarla İrəvanın mərkəzində Gənclik metro stansiyasında görüşən jurnalist elə küçədə onunla Qarabağda başına gələn hadisələr barədə danışıb.

"İrəvana gəlmişəm və ən azı məni burda eşidəcəklərinə ümid edirəm. Mart 2017-ci ildən etibarən Əsgəran şəhərində xidmət edirəm. Xidmətimin ilk ayından sonra böyrək xəstəliyinə tutuldum və səhhətimin necə pisləşdiyini hiss etdim. Hərbi hissənin rəhbərliyinə məlumat verdim və müalicə üçün İrəvana göndərilməyi xahiş etdim. İki və üç ay öncə böyrəklərimdə ağır sancılar hiss edirdim. Onlar məni Xankəndi xəstəxanasına oradan isə İrəvana Muratsan hospitalına göndərdilər. Mənə dedilər ki, gəlib müalicə olunmalısan", - deyə erməni əsgər bildirib.

Edqar üç dəfə hərbi hissə komandanlığına müraciət edib ki, ona müalicə üçün icazə verilsin, heç olmasa ön mövqelərə göndərməməyi xahiş edib. "Komandir mənim müraciətlərimi cırıb tullayıb, anamla gəlsəm də, anamı qəbul etmədi, mənə dedi ki, ya mövqelərə gedəcəksən, ya da mühakimə olunacaqsan".

O, hüquqlarını müdafiə etməyə çalışarkən rəhbərliyə qarşı çıxdığını, bəzən isə "bura Ermənistan deyil, kimə istəyirsən şikayət et" kimi cavablar eşittdiyini qeyd edib. Çox hallarda isə tez-tez söyüşlər eşidib. Son günlər bu onun üçün dözülməz olub. Dəfələrlə hərbi polis əməkdaşları tərəfindən döyülüb.

O, bildirib ki, yanvar ayının 8-dən 9-na keçən gecə hərbi polis əməkdaşları onu hərbi polisin istintaq bölməsinə aparıblar. Orada istintaq rəisi və başqa iki əməkdaş səhər saat 6-dək onu döyərək təhqir ediblər, daha sonra təcridxanaya yerləşdiriblər. 2 saat sonra Edqarı yenidən istintaq şöbəsinə aparıblar. Orada yenidən rəis bir neçə dəfə böyrəklərinə güclü zərbələr endirərək, onu binadan çıxardıb və sıra meydanında diz çökməyə məcbur edib.

Bundan sonra rəis əməkdaşına əmr edib ki, onu sıra meydanını diz çökmüş halda başa vuranadək təpikləsin. Son dəfə 5-6 gün əvvəl hərbi hissədən çıxıb getmək istəyərkən, döyülüb. Erməni əsgəri elə döyüblər ki, izləri qalmasın. Bir dəfə polislərin müşayiəti ilə məcburi ön xətt mövqelərinə aparıblar.

"Məni zorla hərbi xidmətdə saxlayırlar. Xidmət etmək istəsəm də özümü pis hiss edirəm. Hər şey edə bilərəm ancaq ön xətt mövqelərinə getmək istəmirəm. Elə bil əsir düşmüşük", - deyə Edqar şikayətlənib.

Zorakılığa məruz qalmış erməni əsgər Ermənistan müdafiə nazirliyinə getsə də, onu içəri buraxmayıblar.

Qeyd edək ki, Edqar Hakopyan 1991-ci ildə İrəvanda doğulub. Ailədə 11 uşaq olublar. İrəvanda yaşaya bilmədiklərinə görə ailəliklə işğal altında olan Laçının Təzəkənd kəndində yaşayırlar. Valideynləri övladlarının atdığı bu addımdan xəbərdardırlar. Hakopyan baş verənlərlə bağlı ərizə ilə Ombudsmana müraciət edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Dedovşina  


Bizi "telegram"da izləyin