Ordu.az xəbər verir ki, bu barədə "Facebook" istifadəçisi Artur Minasyan yazıb:
"Dağlıq Qarabağda yerləşən hərbi hissələrin birindən, ötən cümə axşamı Nor Norkdan xidmətə yollanan yeni çağırışçı Ernest Hovhannisyan çox ağır vəziyyətdə Muratsani hərbi hospitalına köçürülüb. Səbəbi hündürlükdən düşmə, atılma, atma ola bilər? Məlumatlar var ki, hərbi hissədə hadisə sözlərlə ifadə edilməyən hadisənin nəticəsidir. Hadisənin gizlədilmə tendensiyaları var. KİV-lərin və hüquq müdafiçilərinin diqqət göstərmələrini dəvət edirəm".
Qeyd edək ki, Minasyanın açıqlamasından sonra Ermənistan müdafiə nazirliyi hadisəni gizlədə bilməyib. KİV-lərə açıqlama verən Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhannisyan qeyd edib ki, vəziyyəti ağır olan yeni çağırışçı Ermənistan müdafiə nazirliyinin mərkəzi hərbi hospitalındadır.
Detalların dəqiqləşdirildiyini vurğulayan Artsrun Hovhannisyan hadisə ilə bağlı ətraflı məlumat verməyib.
Alpər Mövludoğlu
Ordu.az