İsveçrəli ekspert: "Razılaşmaların tətbiqi üçün həmsədrlərin heç bir vasitəsi yoxdur"

2018/01/564565_1516446808.jpg
Oxunub: 3978     20:22     20 Yanvar 2018    
"Vyana və Sankt-Peterburqdakı görüşlərdə də bu cür razılaşmalar əldə edilib".

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə açıqlamasında isveçrəli ekspert Nikolya Hayos bildirib.

O, görüşlər zamanı bir çox razılaşmaların əldə olunduğunu bildirib.

"Vyana və Sankt-Peterburqdakı görüşlərdə də bu cür razılaşmalar əldə edilib. Niyə davam etmədilər? Bu platformada qəbul olunan bütün razılaşmaların tətbiqinə məcbur etmək üçün həmsədrlərin heç bir vasitəsi yoxdur.

Həmsədrlərin iradəsindən asılı olmayaraq, münaqişə tərəfləri əlavə tədbirlər görmək arzusunda olmalıdırlar. Lakin başqa bir vəziyyət də aydındır ki, təmas xəttində vəziyyəti ağırlaşdırmaq arzusu yoxdursa, hər hansı mexanizmlər olmadan da irəliləməyə və danışıqlara başlamaq mümkün olar", - deyə isveçrəli politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar   Krakov  


Bizi "telegram"da izləyin