Ordu.az xəbər verir ki, işğal altında olan Hadrutda yerləşən qanunsuz hərbi hissələrdən birində qanlı insident baş verib.
Belə ki, yerlibazlıq nəticəsində mübahisə edən Ermənistanlı əsgər xidmət yoldaşını ayağından güllələyib.
Postda növbə apararkən yaranmış mubahisə nəticəsində Ermənistandan hərbi xidmətə çağırılan əsgər digər əsgər yoldaşı, 1998-ci il təvəllüdlü, Xankəndi şəhər sakini Vladimir Abrahamyana avtomatdan atəş açaraq onu ayağından yaralayıb.
Faktla bağlı araşdırma aparılsa da hadisə yenə də ictimaiyyətdən gizlədilir.
Ordu.az