Düşmən Qarabağa qanunsuz səfərlər barədə məlumat yayıb - HESABAT

2018/01/Agdam_6_134535345_1516372424.jpg
Oxunub: 857     18:31     19 Yanvar 2018    
Qondarma quruma səfər edən şəxslər haqqında hesabat yayılıb.

Ordu.az xəbər verir ki, erməni KİV-lərində qondarma qurumun “Mədəniyyət Nazirliyi”nin əməkdaşı, turizmin idarəolunması üzrə proqramın rəhbəri Artak Qriqoryanın sosial şəbəkə səhifəsində 2017-ci il ərzində işğal altında olan ərazilərə səfər edən tanınmış xarici ölkə vətəndaşları barədə hesabat xarakterli yayımladığı məqaləsi dərc olunub.

Belə ki, Artak Qriqoryan öz hesabatında Türkiyə, Polşa, İran və Almaniya vətəndaşları olan iş adamlarının, həmçinin tanınmış şəxslərin Qarabağa səfər etdiklərini və bununla qondarma respublikanın inkişafina töhvə verdiklərini bildirib.

Məqalədə adları qeyd olunan şəxslərin işğal altında olan ərazilərimizdə "fəxri qonaqlar" kimi qarşılanan türk əsilli Almaniya-Türkiyə vətəndaşı olan iş adamı Yalçın Kulaklıoğlu, Ender Kurt və onun atası Ömər Faruk Kurtun, bundan başqa Polşa vətəndaşı Rattman Paul Andrew, Almaniya vətəndaşları Jana Gopel, Peter Michael və Martin Hibsch, İran İslam Respublikası vətəndaşları Samir Khnaizer, Behrouz Taheri, Shahriar Shadkhah, Türkiyə vətəndaşları Serbur Korucu Mustafa, Murat Kayanın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən keçməklə pozmaları Azərbaycan Respublikasının iradəsinə zidd olduğu açıq şəkildə göstərilib.

Həmçinin qondarma quruma səfər edən xarici vətəndaşlara Ermənistan rəsmi şəxsləri tərəfindən dəstək verilməsi Ermənistan hakimiyyətinin separatizmə dəstəyinin, dünya ictimaiyyətinin isə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı ikili standartlarla yanaşmasının göstəricisi kimi hesab etmək olar.

Ordu.az

Teqlər: Qarabağ   Qanunsuz-səfər   İşğal   Təxribat  

Xəbər lenti

Düşmən Qarabağa qanunsuz səfərlər barədə məlumat yayıb - HESABAT

2018/01/Agdam_6_134535345_1516372424.jpg
Oxunub: 858     18:31     19 Yanvar 2018    