Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Məlikyanlar ailəsi Sarkisin ölümünün onun komandirinin təcrübəsiz olması ilə əlaqələndirirlər.
Sarkisin ailəsi xidmətdən öncə onu xaç suyuna çəksələr də sağlam qayıtmasına nail ola bilməyiblər. Əvəzində 3-cü qarnizon istintaq şöbəsindən “ölüm səbəbi hərbi əməliyyatlar zamanı almış olduğu xəsarət” yazılmış kağız alıblar. Anası oğlunun meyitini görməsə də, atası onun ürək nahiyyəsinin bir hissəsinin olmadığını, başının bir hissəsinin yandığını və ayağının bədənindən ayrıldığını bildirir. Sarkis Məlikyanın isə xidmətini başa vurmağa 2 ay qalmış ölüb.
Məlikyanlar hesab edirlər ki, övladlarının ölümünə onların komandirinin təcrübəsiz olması səbəb olub. Belə ki, ölən leytenant hərbi məktəbi 2 ay öncə bitirib. Ölən erməni əsgəri Üçmüədzin şəhərində yerləşən istehkamçıların hazırlığını həyata keçirən təlim hərbi hissəsində peşəsini öyrənib.
Erməni mətbuat nümayəndələri tərəfindən təlim hərbi hissə komandanlığı ilə əlaqə saxlanaraq, 6 aylıq təlim prosesində sonra hərbçilərin mina basdırılmasına göndərilməsi üçün kifayətdirmi, deyə sual ünvanlanıb.
Hərbi hissə komandanlığı bildirib ki, əgər təlim hərbi hissəsində ona şəhadətnamə verilibsə, birmənalı şəkildə mina basdırılması işlərinə cəlb edilə bilərdi. Lakin onlar qeyd olunan hadisədə təhlükəsizlik qaydalarına nə dərəcədə əməl edildiyindən xəbərsiz olduğunu vurğulayıblar. Həmçinin erməni komandir öz adını qeyd etməkdən imtina edib.
Noyabrın 30-da ölən erməni əsgərinin təxris edilən yoldaşları onun əşyalarını və paltarlarını evlərinə veriblər.
Xatırladaq ki, müddətli xidmət hərbi qulluqçusu, mühəndis bölüyünün istehkamçısı Sarkis Məlikyan, həmin bölüyün leytenantı Qeğam Zakaryan və sıravi Sarkis Abrahamyan 21 noyabr 2017-ci ildə mina partlayışı nəticəsində ölüblər. Daha bir hərbi qulluqçu Narek Hoveyan isə həmin hadisə zamanı yaralanıb. Bir gözünü itirib və hazırda danışa bilmir.
Alpər Mövludoğlu
Ordu.az