Ordu.az erməni KİV-lərinə istinadən xəbər veri ki, işğal altında olan Dağlıq Qarabağ ərazisində yerləşən qanunsuz hərbi birləşmənin artilleriya briqadalarından birində yanvarın 15-dən etibarən ixtisas toplanışları keçirilir.
Toplanışlara qondarma rejimin artilleriya hərbi hissələrinin komandir müavinləri cəlb edilib.
Təlimlərdə döyüşün hərtərəfli təminatı üzrə ixtisas və kəşfiyyat hazırlığına dair müxtəlif mövzular tədris edilir.
Alpər Mövludoğlu
Ordu.az