“Məşğul olmağımız gərəkən əsas problemlərdən biri Qarabağdır” - Quterreş

2018/01/xlarge_UNHQNewYork134534_1516170517.jpg
Oxunub: 3403     14:27     17 Yanvar 2018    
“Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupu, Gürcüstana dair beynəlxalq Cenevrə danışıqları və Dnestryanı ərazilər üzrə “5+2” formatında mövcud olan proses, həmçinin “normand formatı” və Ukraynanın şərqi üzrə Üçtərəfli Müqavilə Qrupu da daxil olmaqla yeni təşəbbüslərə güc vermək zəruridir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş bəyan edib.

“Mənim baş katib olduğum müddət ərzində insanlıq sülh istiqamətində irəliləməyib. Əksinə, bir çox sahələrdə vəziyyət daha da pisləşib”, - deyə Quterreş bildirib.

BMT baş katibi 2018-ci ildə qarşısında çox vacib vəzifələrin olduğunu vurğulayıb.

“Məşğul olmağımız gərəkən əsas problemlər Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı ərazilər, Yaxın Şərqdə Avropadakı “donmuş” münaqişələrin və tənzimlənməsidir”, - deyə Quterreş qeyd edib.

Onun sözlərinə görə, Myanma və Banqladeşdən olan qaçqınlarla bağlı problemlər və Koreya yarımadasının nüvəsizləşdirilməsi də prioritetlər siyahısındadır.

Antonio Quterreş “yaşıl” iqtisadiyyata keçid etmək və iqlim dəyişikliklərinin nəticələrinin yumlaşdılması yönündə fəaliyyət göstərməyin zəruriliyindən də bəhs edib.

O, qloballaşma, miqrasiya və texnologiyaların sürətli inkişafı kimi zəruri üstünlüklərin istifadəsinin səmərəli ola biləcəyini bildirib.

“Terrorizmlə mübarizə, insan hüquqlarının müdafiəsi də mühüm məsələlərdir. Həmçinin dərinləşən bərabərsizliklə mübarizə aparmaq lazımdır. Həmçinin BMT-nin 2018-ci ildə daha iki prioriteti olacaq: sülhməramlılığın dərinləşdirilməsi və Afrika liqası ilə əməkdaşlıq”, - deyə Quterreş qeyd edib.

O həmçinin bütün bəhs edilən problemlərin həlli üçün zamana, gücə, vəsaitlərə, siyasi kapitala ehtiyac olduğunu, lakin bunların da kifayət etmədiyini bildirib. Quterreş əmindir ki, hər kəs inkişaf edən və təhlükəsiz dünyanın qurulmasında iştirakçı ola bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Quterreş  


Bizi "telegram"da izləyin