Erməni ordusunda acınacaqlı vəziyyət: Uşaqlarıma görə etdim

2017/12/234234234_1513319915.jpg
Oxunub: 467     14:35     15 Dekabr 2017    
Ermənistan ordusunda ərzaq mənimsənilməsində ittiham olunan anbar rəisi gizir M. Barseq 550 min dram cərimə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ittihama əsasən anbar rəisi olan hərbi qulluqçu 27 may 2017-ci ildə gecə yarısı bacısı oğlunun şəxsi maşını ilə hərbi hissənin ərzaq anbarından qanunsuz olaraq 207 min dram dəyərində 60 kq dana əti, 30 şüşə bitki yağı, 80 ədəd ət konservi, 6 ədəd tomat pastası çıxarıb.

İttiham edilən anbar rəisi Qeğarkunik vilayət məhkəməsindəki ifadəsində bildirib ki, qeyd edilən ərzaq, anbarda artıq olaraq toplanıb və bu barədə o, heç kimə məruzə etməyib. Həmin gün hərbi hissəyə gedib, anbarda yığılan ərzağı maşınla evinə gətirib.

O, ailə vəziyyətinin çətin olduğunu və 3 azyaşlı uşağının ərzaq təminatına ehtiyacı olduğunu əsas gətirərək oğurluğa əl atdığını qeyd edib. Hərəkətinə görə, peşman olduğunu bildirib. Məhkəmə onu törətdiyi əməldə günahkar bilərək 550 min dram cərimə edilməsinə qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin