Yaponiya parlamenti KXDR-in raket atışlarını mühakimə edib

2017/12/japan_parlament_011117_1512379617.jpg
Oxunub: 1632     17:51     04 Dekabr 2017    
Yaponiya parlamentinin yuxarı palatası bu gün KXDR-in qitələrarası ballistik raketləri sınaqdan keçirməsini mühakimə edən qətnamə qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap News” agentliyi məlumat yayıb.

“Diplomatik yolla Şimali Koreyanın mövqeyinin dəyişməsinə və dialoqa cəlb edilməsinə nail olmaq zəruridir”, - deyə qətnamədə bildirilir.

Xatırladaq ki, noyabrın 29-da keçirilən raket atışı nəticəsində “Xvason-15” Yaponiya iqtisadi zonasına düşüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR  


Bizi "telegram"da izləyin