Penataqon ABŞ-ın qərb sahillərindəki RƏM bazalarını nəzərdən keçirib

2017/12/f-thaad-a-20171205-870x489345345_1512370190.jpg
Oxunub: 1540     14:48     04 Dekabr 2017    
“Ölkəni nüvə hücumlarından müdafiə etmək məqsədilə ABŞ-ın qərb sahilində əlavə raket əleyhinə müdafiə (RƏM) sistemləri qurmaq üçün yeni ərazilər nəzərdən keçirilir”.

Ordu.az “japantimes” saytına istinadən xəbər verir ki, bu barədə iki konqres üzvü cümə günü verdiyi açıqlamada bildirib.

ABŞ-ın qərb sahilinin müdafiə sistemlərində Şimali Koreyanın hücumlarından qorunmaq məqsədilə Cənubi Koreyada yerləşdirilən Yüksək Ərazi Müdafiə Terminalları quraşdırılacağı ehtimal olunur

2017-ci ildə Şimali Koreyanın ballistik raketlərinin sınaqlarını intensivləşdirməsi və yaxın bir neçə ildə ABŞ-ı vura biləcək nüvə başlıqlı raketləri əldə edəcəyi ilə bağlı narahatlıq yeni müdafiə sistemləri qurmaqla bağlı ABŞ hökumətinə edilən təzyiqləri artırır.

Cənubi Koreyadan bir neçə gün öncə verilən məlumata görə, Şimali Koreya çərşənbə günü Vaşinqtonun da əhatə dairəsində yerləşdiyi 13 kilometr uça bilən yeni qitələrarası ballistik raketini sınaqdan keçirib.

Lakin yeni sistemlərin quraşdırılması üçün tələb olunan maliyyə vəsaiti 2018-ci ilin müdafiə büdcəsində nəzərdə tutulmayıb.

Alabama ştatının konqresmeni Respublikaçılar partiyasının üzvü “Reuters” agentliyinə bildirib ki, sadəcə, yerlərin müəyyənləşdirilməsi üçün komandanlığın tövsiyəsinə ehtiyac var.

“RƏM komandanlığı qərb sahilində yüksək hərbi havadan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı heç bir göstəriş almayıb”, - deyə mövzuyla əlaqədar komandanlığın rəis müavini, admiral Con Hil bildirib.

Ağalar Ağlarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RƏM   ABŞ   KXDR  


Bizi "telegram"da izləyin