Polşa SAFE çərçivəsində ilk olaraq 6,6 milyard avro alıb

2026/05/Ekran-1779547988.jpg
Oxunub: 306     18:01     29 May 2026    
Polşa Avropa müdafiə mexanizmi SAFE çərçivəsində 6,6 milyard avro məbləğində ilk ödənişi alaraq, bu proqram üzrə maliyyələşmə əldə edən ilk Avropa İttifaqı dövləti olub.

Ordu.az-ın məlumatına görə, bunu mayın 29-da Brüsseldə brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye bəyan edib.

Vəsaitlər SAFE xətti üzrə Polşa üçün nəzərdə tutulmuş və 43,7 milyard avroya çatan ümumi maliyyələşmə həcminin 15 %-ni təşkil edir.

Avropa Komissiyasından bildirilib ki, avans ödənişi Varşavaya prioritet müdafiə investisiyalarını, silahlı qüvvələrin müasirləşdirilməsini və ümumavropa təhlükəsizlik vəzifələrinə uyğun olaraq dayanıqlılığın möhkəmləndirilməsini sürətləndirməyə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   SAFE  


Bizi "telegram"da izləyin