Ordu.az xəbər verir ki, bu barədə “Interia.pl” internet portalı məlumat yayıb.
“Cənab Kosinyak-Kamış ağılsızlıq edib və öz işini yerinə yetirməyib”, - deyə portal Navrotskinin sözlərini sitat gətirib.
Dövlət başçısı bu fikirləri müdafiə nazirinin 2026-cı il mayın 28-də verdiyi açıqlamaya cavab olaraq səsləndirib. Həmin açıqlamada nazir bildirmişdi ki, “prezident administrasiyası dünyanın mərkəzi deyil” və hökumət bütün hazırlanmaqda olan beynəlxalq sazişlər barədə prezidenti əvvəlcədən məlumatlandırmağa borclu deyil.
Prezidentlə hökumət arasında növbəti gərginlik mərhələsi 2026-cı il mayın 27-də Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer tərəfindən imzalanmış müdafiə və təhlükəsizlik sazişi ilə bağlı yaranıb.
Məlumata görə, Navrotski sazişin mətni ilə əvvəlcədən tanış olmayıb.
Sevinc Əliyeva
Ordu.az