Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Çindən məhsul axınının artması Avropanın sənaye sektoruna təzyiqi gücləndirir və bir sıra sahələrdə struktur problemlərinə səbəb ola bilər.
Ekspertlər qeyd ediblər ki, tərəflər arasında ticarət balanssızlığı rekord səviyyəyə çatıb. Materialda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın da açıqlamasına yer verilib.
O, Çindən asılılığın azaldılması prosesini “ağır xəstəliyin müalicəsi” ilə müqayisə edərək bunun ağrılı ola biləcəyini bildirib. “Mümkündür ki, “kimyaterapiya” lazım olsun və bu, böyük ehtimalla ağrılı olacaq”, - deyə Kallas qeyd edib.
Bildirilib ki, Brüsseldə Avropa sənayesinin mümkün böhranı ilə bağlı narahatlıqlar artır. 2026-cı ilin ilk rübündə Çindən idxal əhəmiyyətli dərəcədə yüksəlib, ticarət kəsiri isə təxminən 418 milyard dollara çatıb.
Mütəxəssislər tədarüklərin artmasını Çindəki artıq istehsal gücləri, dövlət subsidiyaları və ABŞ-nin tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda ixracın Avropa bazarına yönləndirilməsi ilə əlaqələndirirlər.
Sevinc Əliyeva
Ordu.az