Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı 2026-cı il mayın 28-də peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.
Yeni peyk məlumatları göstərir ki, İran yenidən yeraltı silah anbarlarında saxlanılan böyük raket ehtiyatlarına çıxış əldə edib.
Məlumata görə, bu vəziyyət ABŞ Prezidenti Donald Trampın ABŞ ordusunun İranın hərbi potensialını demək olar ki, tamamilə məhv etməsi ilə bağlı bəyanatlarını şübhə altına alır.
Bildirilir ki, Yaxın Şərqdə münaqişənin ən gərgin mərhələsində ABŞ qüvvələri İranın çoxsaylı silah anbarı komplekslərini sıradan çıxarıb, onların girişlərini dağıdaraq raket ehtiyatlarının yenilənməsini çətinləşdirib.
Material müəllifinin sözlərinə görə, hazırda İran buldozer və yük maşınlarının köməyi ilə Vaşinqtonun Tehranın silahsızlaşdırılmasına yönəlmiş strategiyasının nəticələrini sürətlə aradan qaldırır.
Sevinc Əliyeva
Ordu.az