Özbəkistan Hindistanla danışıqları başa çatdırıb

2026/05/1780050311.jpg
Oxunub: 319     13:47     29 May 2026    
Özbəkistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulma üzrə danışıqların başa çatdırılması barədə Hindistanla protokol imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin ÜTT məsələləri üzrə xüsusi nümayəndəsi Əzizbəy Urunov öz Linkedin səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Hindistan tərəfi ilə bu istiqamətdə razılaşmalar hələ 2024-cü ildə əldə olunub.

Özbəkistan bu il ÜTT-yə tamhüquqlu üzvlüyü rəsmiləşdirməyi planlaşdırır. Bu proses çərçivəsində Daşkənd bir sıra ölkələrlə, o cümlədən Rusiya və Böyük Britaniya ilə danışıqları başa çatdırıb. Urunov 2024-cü ilin sonunda ABŞ ilə təxminən 14 ay davam edən danışıqların yekunlaşdığını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Hindistan  


Bizi "telegram"da izləyin