Neft Yaxın Şərqdə gərginliyin azalacağı gözləntiləri fonunda ucuzlaşır

2026/05/1780043543.jpg
Oxunub: 310     12:30     29 May 2026    
Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyi və münaqişənin deeskalasiyası ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri eniş göstərir.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq birja məlumatlarında qeyd olunub.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 92,56 dollar təşkil edib. Bu göstərici əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,15 dollar və ya 1,23 faiz aşağıdır.

Qeyd olunur ki, cümə axşamı keçirilən hərraclarda “Brent” markalı neftin qiyməti 0,58 dollar və ya 0,6 faiz azalaraq bir barel üçün 93,71 dollara düşmüşdü. Məlumata görə, “Brent” markasının iyul müqavilələri üzrə ticarət müddəti cümə günü keçiriləcək sessiyanın sonunda başa çatır.

Daha aktiv ticarət olunan avqust fyuçersləri isə 0,95 dollar və ya 1,02 faiz ucuzlaşaraq bir barel üçün 91,75 dollardan satılır. Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron hərraclarda WTI markalı neftin iyul fyuçersləri də dəyər itirib.

Belə ki, WTI markalı neftin qiyməti 1,14 dollar və ya 1,28 faiz azalaraq bir barel üçün 87,76 dollara enib. Əvvəlki ticarət sessiyasının yekunlarına görə isə həmin fyuçerslərin qiyməti 0,22 dollar və ya 0,3 faiz artaraq bir barel üçün 88,9 dollar təşkil etmişdi.

Analitiklərin fikrincə, qiymətlərin aşağı düşməsinə əsas səbəb Yaxın Şərqdə hərbi-siyasi gərginliyin azalacağına dair bazarlarda formalaşan gözləntilərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Neft   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin