Babiş və Koşta Rusiya PUA-sının Rumıniyada yaşayış evinə düşməsini pisləyiblər

2026/05/1780042160.jpg
Oxunub: 320     11:41     29 May 2026    
Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Rusiya dronunun Rumıniya ərazisinə düşməsini pisləyib.

Ordu.az-ın məlumatına görə, A.Koşta bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rumıniyanın milli hava məkanının və beynəlxalq hüququn bu pozulmasını qətiyyətlə pisləyirəm. Aİ sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılmasında və müdafiə imkanlarının, xüsusilə şərq sərhədimiz boyunca gücləndirilməsində vahid mövqedən çıxış edir", - o yazıb.

Çexiyanın Baş naziri Andrey Babiş də hadisə ilə bağlı narazılığını ifadə edib.

O qeyd edib ki, Çexiya NATO müttəfiqlərini qətiyyətlə dəstəkləyir və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü pisləyir:

"Mən Ukrayna infrastrukturuna qarşı Rusiya hücumlarını qətiyyətlə pisləyirəm, bu hücumlar nəticəsində pilotsuz uçuş aparatlarından (PUA) biri Rumıniya ərazisindəki yaşayış evinə düşüb və iki nəfəri yaralayıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babiş   Koşta   Rumıniya  


Bizi "telegram"da izləyin