Ordu.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, raketlərin hazırlanması son dərəcə mürəkkəb prosesdir.
“Çox uğursuz oldu. Raketlər mürəkkəb şeydir”, - deyə iş adamı yazıb.
Qeyd edək ki, həmin gün “Blue Origin” şirkətinin ağır sinfinə məxsus “New Glenn” daşıyıcı raketi sınaqlar zamanı start kompleksində partlayıb.
Məlumata görə, partlayışın səsi hadisə yerindən bir neçə mil məsafədə yerləşdirilmiş kameralar tərəfindən qeydə alınıb.
Bildirilib ki, insident nəticəsində ildırımdan mühafizə sisteminin sağ qülləsi dağılıb. Bundan sonra raket artıq müşahidə kameralarının görüntüsündə görünməyib.
Daha əvvəl “Blue Origin” şirkəti sınaq zamanı “qeyri-standart vəziyyətin” baş verdiyini təsdiqləmiş, şirkətin sahibi Ceff Bezos isə bütün əməkdaşların təhlükəsiz olduğunu və hadisənin səbəbləri barədə nəticə çıxarmaq üçün hələ tez olduğunu bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az