"NATO rəhbəri Rumıniya hakimiyyəti ilə təmasdadır" - Hart

2026/05/1779346661.jpg
Oxunub: 298     10:24     29 May 2026    
NATO-nun Baş katibi Mark Rütte Ukrayna ilə sərhəd yaxınlığında pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi insidenti fonunda Rumıniya hakimiyyəti ilə təmasdadır.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Allison Hart "X" sosial şəbəkəsində yazıb.

Alyans nümayəndəsi vurğulayıb ki, NATO pilotsuz uçuş aparatları da daxil olmaqla bütün təhdidlərə qarşı müdafiəni gücləndirməyə davam edəcək.

Xatırladaq ki, mayın 29-na keçən gecə Ukraynanın Odessa vilayəti ilə sərhəd yaxınlığında yerləşən Rumıniyanın Qalati şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rumıniya  


Bizi "telegram"da izləyin