Yaxın Şərqdə gecə baş verən əsas hadisələr açıqlanıb

2026/05/1780033953.jpg
Oxunub: 408     09:45     29 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalmaqda davam edir.

Ordu.az bölgədə gecə saatlarında baş vermiş əsas hadisələrin qısa icmalını təqdim edir.

Məlumata görə, İran və ABŞ arasında aparılan danışıqlarla bağlı xəbərlər hələlik yalnız tərəflərin dialoq qurmaq cəhdlərini əks etdirir.

Bununla yanaşı, İsrail elan edilmiş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməkdə davam edir ki, bu da atəşkəs rejiminin faktiki olaraq pozulduğunu göstərir.

Məlumata əsasən, region ümumilikdə davam edən eskalasiya şəraitində qalır və vəziyyətin daha da pisləşməsi riski hələ də mövcuddur.

ABŞ vitse-prezidenti Cey Di Vens İranla danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib və Tehranın Vaşinqtonla dialoqu vicdanla apardığını qeyd edib.

İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kani isə açıqlayıb ki, hazırkı mərhələdə İran İslam Respublikasından nüvə materiallarının çıxarılması məsələsi müzakirə olunmur.

ABŞ Prezidenti Donald Tramp isə Tehranla Vaşinqton üçün sərfəli razılaşmanın əldə olunmamasının hərbi əməliyyatların başlanmasına səbəb ola biləcəyini bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin