Ordu.az xəbər verir ki, bu barədə Netanyahu “Eyn Prat” liderlik akademiyasının təşkil etdiyi konfransda danışıb.
“Hazırda Qəzza zolağının 60%-nə tam nəzarət edirik və mənim göstərişim bu rəqəmi 70%-ə çatdırmaqdır”, - deyə o bildirib.
Konfrans iştirakçılarından biri İsrailin Qəzzanın 100 faizini işğal etməli olduğunu səsləndirdikdə Netanyahu buna belə cavab verib: “Biz mərhələli şəkildə hərəkət edirik. Əvvəlcə 70 faiz”.
İsrail Baş naziri bunun yekun məqsəd olub-olmadığını isə təkzib etməyib.
Xatırladaq ki, ötən həftə Netanyahu İsrailin artıq Qəzza zolağının 60 faizinə nəzarət etdiyini açıqlamışdı.
Mart ayında İsrail tərəfindən yayımlanan xəritələrdə Qəzza ərazisinin əlavə 11 faizini əhatə edən yeni qadağan olunmuş zona göstərilmişdi. Beləliklə, hazırda İsrail qüvvələrinin nəzarətində olan ərazi Qəzza zolağının təxminən üçdə ikisini təşkil edir.
Sevinc Əliyeva
Ordu.az