“Süni zəka səbəbindən milyonlarla insan işini itirə bilər” - Putin

2026/05/1779986219.jpg
Oxunub: 356     20:31     28 May 2026    
“Dünyada milyonlarla insan süni zəka texnologiyalarının inkişafı səbəbindən işini itirə və ya peşəsini dəyişmək məcburiyyətində qala bilər”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Avrasiya İqtisadi Forumunda bildirib.

Putinin sözlərinə görə, əmək bazarı sürətlə yenidən formalaşır və insanların kompüter zəka sistemləri ilə əvəz olunması nəticəsində bütöv peşələr yox ola bilər.

“Olduqca real ssenaridir ki, milyonlarla insan işsiz qalacaq və ya fəaliyyət sahəsini dəyişməli olacaq”, - deyə Putin qeyd edib.

O qeyd edib ki, Rusiya hazırda süni zəkanın inkişafı üçün müstəqil platformalar yaradan nadir ölkələrdən biridir.

Rusiya Prezidenti xatırladıb ki, aprel ayında süni zəkanın inkişafı ilə bağlı müşavirədə hökumətə və regionlara 2030-cu ilə qədər bütün sahələrdə süni zəka texnologiyalarının tətbiqi proqramını hazırlamaq tapşırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Süni-zəka  


Bizi "telegram"da izləyin