"Putin" sözünə uyğun 894 nəticə tapıldı!

Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək

2019/09/1000x-1568266043.jpg
Oxunub: 224     13:43     12 Sentyabr 2019    
Bu gün Rusiyanın Soçi şəhərində İsrailin Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq.

Bundan başqa Netanyahu Rusiyanın Müdafiə naziri Serqey Şoyqu ilə də görüşməyi planlaşdırır. Rusiyaya səfəri zamanı Netanyahunu, ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat və İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Aviv Kohavi də müşayiət edəcəklər.

Xatırladaq ki, Netanyahu cari ildə artıq üçüncü dəfədir ki, Rusiyaya səfərə gəlir. Bundan əvvəl o, fevral və aprel aylarında Moskvaya səfər etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İsrail