“Rusiya ilə bütün problemləri sakit şəkildə həll edəcəyik” - Paşinyan

2026/05/1779959567.jpg
Oxunub: 478     13:04     28 May 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin sülh sazişinin imzalanması və ratifikasiya olunması ilə birbaşa əlaqəsi yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də bayram paradından sonra jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib.

Rusiya ilə münasibətlərə toxunan Paşinyan bildirib ki, Ermənistan Moskva ilə bütün problemləri sakit şəkildə həll etməyə çalışacaq.

“Biz Rusiyadakı tərəfdaşlarımızla sakit, əsəbsiz şəkildə işləyəcəyik və bütün problemləri həll edəcəyik”, - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin