“Bugünkü paradda 7 ölkənin hərbi məhsulları nümayiş etdiriləcək” - Paşinyan

2026/05/1779956428.jpg
Oxunub: 475     12:12     28 May 2026    
“2026-cı ildə Ermənistanın respublika günü tamamilə yeni tarixi şəraitdə qeyd olunur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Ermənistanın Birinci Respublikasının elan edilməsinin 108-ci ildönümünə həsr olunmuş hərbi parad zamanı çıxışında deyib.

“35 ilə yaxın davam edən münaqişədən sonra Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub. Sülh Ermənistanın Birinci Respublikasının müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün çatışmayan əsas amil idi.

Bu gün biz Birinci Respublika dövründən qalan dövlətin müvəqqətiliyi kompleksini aradan qaldırır və dövlətin davamlılığı gündəliyini qəbul edirik. Biz belə bir məntiqə əsaslanırıq ki, Ermənistan dövləti əbədi mövcud olmalıdır”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan ordusu müharibə deyil, sülh amilidir.

“Çünki döyüş qabiliyyətinə malik olmayan zəif orduya sahib ölkə təcavüz üçün cəlbedici hədəfə çevrilə bilər. Bu gün biz sizə Ermənistanın yeni ordusunu yeni silahlarla, yeni uniforma ilə və yeni ideologiya ilə təqdim edirik. Bugünkü paradda 7 ölkənin hərbi məhsulları nümayiş etdiriləcək. Həmçinin Ermənistanın hərbi-sənaye kompleksinin məhsulları təqdim olunacaq. Bu kompleks beynəlxalq bazarlara çıxış yolunda ilk, lakin inamlı addımlarını atır”, - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin