Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, fəxri tribunada Ermənistanın Baş naziri Nikol Paşinyan, prezident Vahaqn Xaçaturyan və digər yüksəkvəzifəli şəxslər yer alıblar.
Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, parad zamanı son dörd ildə altı-yeddi ölkədən alınmış silahlar, eləcə də yerli istehsal olan silah nümunələri nümayiş etdiriləcək.
O qeyd edib ki, həmin silahlar gecə yarısına qədər Respublika meydanına yaxın ərazidə saxlanılacaq.
Ermənistanda sonuncu dəfə hərbi parad 2016-cı il sentyabrın 21-də müstəqilliyin 25 illiyi münasibətilə keçirilib. Müstəqillik elan olunduqdan sonra hərbi paradlar yalnız sentyabrın 21-də təşkil olunurdu.
Alpər Mövludoğlu
Ordu.az