Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib - VİDEO+FOTOLAR
Oxunub: 456
14:28
10 İyul 2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən III növbədənkənar sessiyasında qurumun Baş katibi seçilib.
Bildirilib ki, baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv dörd ölkə - Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.
BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxışında ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını söyləyib.