Rusiya BMT TŞ-də Yaxın Şərqdəki münaqişə ilə bağlı iclas keçirəcək

2024/07/Ekran-1719855562.jpg
Oxunub: 276     21:31     01 İyul 2024    
Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqdə davam edən münaqişəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, iclas xarici işlər nazirləri səviyyəsində keçiriləcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək:

"İclasda müzakirələrin mərkəzində Qəzzada davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində - iyulun 16 və 17-i tarixlərində baş tutacaq".

Qeyd edək ki, iyul ayı ərzində Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   BMT  


Bizi "telegram"da izləyin