Makron ultra sağçıların yüksək postları tutacağı ilə bağlı xalqa xəbərdarlıq edib

2024/04/1712293493.jpg
Oxunub: 296     00:07     02 İyul 2024    
Ultra sağçı partiyanın birinci olduğu növbədənkənar parlament seçkilərin birinci turundan sonra Fransa prezidenti Emmanuel Makron öz nazirlərinə və ictimaiyyətə ultra sağçı partiyanın yüksəlişi ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, ötən gün Fransada keçirilən seçkilərin birinci turundan sonra ultra sağçıların yüksəlişi xalq arasında böyük əks-səda doğurub.

Fransada ultra sağçı Milli Birlik partiyasının üstünlük əldə etdiyi seçkilərin birinci turundan sonra prezident Emmanuel Makron ultra sağçıların ölkədə ən yüksək mövqelərə çatmaq ərəfəsində olduğu barədə xəbərdarlıq edib.

Əldə olunan məlumata görə Makron seçkiləri müzakirə etmək üçün Yelisey sarayında nazirlər kabineti ilə görüşüb.

Görüş zamanı Makron nazirlərinə səhv etməməli olduqlarını, ən yüksək vəzifələrə çatmaq ərəfəsində olan şəxslərin başqası deyil, ultra sağçı partiyanın nümayəndələri olduqlarını deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin