Keniyada etirazlar zamanı 39 nəfər ölüb

2024/06/2024--1719322544.jpg
Oxunub: 295     23:14     01 İyul 2024    
Keniyada hökumət əleyhinə etirazlar zamanı 39 nəfər ölüb, 350-dən çox insan yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Keniya Milli İnsan Hüquqları Komissiyasından bildirilib.

"Əldə etdiyimiz məlumata görə, ölkə boyu etiraz aksiyaları zamanı 39 nəfər həlak olub, daha 361 nəfər yaralanıb", - deyə qeyd olunub.

Bildirilib ki, bundan əlavə, ölkə boyu keçirilən nümayişlər zamanı 32 nəfər itkin düşüb, 627 nəfər saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Etiraz  


Bizi "telegram"da izləyin