HAVELSAN-dan zəlzələ bölgəsinə insansız platforma dəstəyi – “Baha”, “Poyraz” və “Barkan” fəal şəkildə istifadə olunur

2023/02/1676390887.jpg
Oxunub: 2871     20:06     14 Fevral 2023    
HAVELSAN mühəndisləri tərəfindən milli imkanlarla hazırlanmış “Baha” və “Poyraz” Pilotsuz Uçuş Aparatları zəlzələ zonasında kəşfiyyat-müşahidə fəaliyyətlərində fəal şəkildə istifadə olunur.

Şaquli eniş-qalxış edə bilən “Baha” və “Poyraz” PUA-ları zəlzələdən sonra aparılan işlərə qatılan xilasetmə qruplarına görüntü dəstəyi verib.

Əlverişsiz hava şəraiti səbəbindən PUA-ların görüntüləri çəkə bilmədiyi bölgələrdə, bulud altında uça bilmə qabiliyyətinə malik “Baha” görüntü ehtiyacını qarşılayıb və zəlzələ bölgəsində axtarış-xilasetmə qruplarına dəstək göstərib. “Baha” şaquli eniş-qalxış edə bilmə xüsusiyyəti ilə nəqliyyatın mümkün olmadığı yaşayış məntəqələri haqqında da ilk məlumatları verib. Məlumata görə, “Baha” və “Poyraz” 30 saatlıq uçuşla xilasetmə fəaliyyətlərinə görüntü dəstəyi veriblər.


Pilotsuz hava və quru vasitələri ilə axtarış, xilasetmə və humanitar yardım fəaliyyətlərində iştirak edən HAVELSAN, həm gecə, həm də gündüz fəaliyyətləri ilə bölgədəki xilasetmə qruplarına dəstək olur.

HAVELSAN tərəfindən istehsal olunan “Barkan” insansız quru platforması da yük daşıyan səbətlə bölgəyə göndərilib. Ehtiyac olduğu halda, “Barkan” bölgədəki yaralıların və ya avadanlıqların daşınması missiyalarına da dəstək verəcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baha   Barkan   Poyraz  


Bizi "telegram"da izləyin