Hindistan PUA-lara görə həmişə İsrail kimi ölkələrdən asılı olsa da, asılılıq yavaş-yavaş yerli sistemlərə yol açır.
Yüksək hündürlükdə Hindistan istehsalı olan PUA Çin ilə gərgin Faktiki Nəzarət Xəttində (LAC) kəşfiyyat üçün istifadə olunur, Hindistan konqlomeratı ilə Hyderabaddan kənarda fəaliyyət göstərən İsrail müdafiə nəhəngi arasında birgə müəssisə və Benqaluruda yerləşən PUA texnologiyası müəssisəsi Hindistanın ən böyük biznes evlərindən biri tərəfindən alınıb. Bunlar Hindistanın inkişaf etməkdə PUA sənayesinin kiçik parçalarıdır.
2021-ci ilin avqustunda mərkəzi hökumət PUA texnologiyaları üçün yeni qaydalar haqqında məlumat yayıb. “PUA Qaydaları 2021” ilə hökumət ölkədə güclü hərbi-sənaye kompleksi qurmağa çalışarkən, yerli PUA istehsalı sənayesini inkişaf etdirmək üçün hökumətin ideya əsasını təşkil edir.
Hindistanın PUA texnologiyalarına artan diqqəti, onların münaqişədə mərkəzləşməsinin güclənməsi fonunda baş verir. Rusiya-Ukrayna münaqişəsində PUA həm kəşfiyyat, həm də hücum məqsədləri üçün mərkəzi rol oynayıb.
Ukrayna rus qoşunlarının hərəkətini izləmək, onlar haqqında kəşfiyyat məlumatı əldə etmək, onların piyada və artilleriyasına hücum etmək üçün PUA-lardan əzmlə istifadə edib. Konkret olaraq, ABŞ-ın Ukrayna üçün hazırladığı “Phoenix Ghost” rusları hədəf almaq üçün istifadə edilib. Türkiyənin “Bayraktar “ PUA-sı da ukraynalılar tərəfindən kəşfiyyat və hücum məqsədləri üçün geniş şəkildə istifadə olunub.
Hindistan ordusunda PUA-ların istifadə məqsədi ilə bağlı ciddi dəyişiklik baş verib. Orduda PUA-lardan əvvəllər artilleriya tərəfindən idarə olunurdu, lakin indi PUA-lardan optimallaşdırılmış istifadəni təmin etmək Ordu Aviasiya Korpusunun üzərinə düşür.
Dəyişiklik əhəmiyyətlidir, çünki Çinlə qarşıdurma davam etdiyi üçün PUA-lardan indi Hindistan Ordusu tərəfindən LAC-da müşahidə məqsədləri üçün istifadə olunur.
Artıq Hindistan Hərbi Hava Qüvvələri (IAF) tərəfindən idarə olunan “gəzən sursat”lar mövuddur. Keçən ilin sentyabrında iki həftədən az bir müddət ərzində Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Hindistan şirkətlərinə diqqət yetirməklə PUA sahəsində böyük müqavilələr imzalayıb.
Bu qlobal hərbi dinamikanı və Hindistan hökumətinin PUA istehsalına təkan verməsini nəzərə alaraq, bir neçə özəl hərbi PUA istehsalçısı mühüm texnologiyalar inkişaf etdirir.
Keçmiş Hindistan HHQ zabiti Sameer Joşi tərəfindən idarə olunan “NewSpace Research & Technologies” şirkəti Ordu və Hərbi Hava Qüvvələrinin maraqlı olduğu sürü PUA texnologiyası üzərində işləyir.
Keçən il “NewSpace” Hindistan Ordusundan 15 milyon dollar dəyərində PUA sifarişi qazandı, hətta daha böyük proqramlar üzərində işləyir.
Mumbayda yerləşən “ideaForge” 2007-ci ildə qurulmuş özəl PUA istehsalçısıdır. Məhsullarını Hindistan Ordusu, Hərbi Hava Qüvvələri, Sərhəd Təhlükəsizlik Qüvvələri, Qucarat Polisi və Assam Silahlıları kimi bir çox müdafiə və təhlükəsizlik qurumlarına çatdırıb.
“ideaForge” geniş portfelə malik olsa da, əhəmiyyətli idxal məhsulu yüksək hündürlükdə fəaliyyət göstərə bilən SWITCH taktiki PUA-sıdır.
SWITCH xüsusilə yüksək hündürlükdə kəşfiyyat, müşahidə və nəzarət (ISR) üçün nəzərdə tutulub. Bu, Hindistan ordusunun 2021-ci ildə istifadə etməyə başladığı ilk yerli istehsal olan PUA-dır.
PUA-ların Hindistan Ordusunun müşahidə qabiliyyətinə elə təsiri olub ki, SWITCH-lərin təkmilləşdirilmiş versiyası üçün yeni sifariş verilib.
2018-ci ildə “Adani Defence & Aerospace” və İsrailin “Elbit Systems” firması birgə müəssisədə təkmil PUA istehsal edən bölmə açdılar. Şirkət bildirib ki, bu bölmə Hindistanda PUA-nın ilk ən müasir istehsal müəssisəsidir.
Birgə müəssisə əvvəlcə beynəlxalq bazarlara xidmət etməli, sonra isə Hindistan silahlı xidmətlərini təmin etməli idi.
“Hermes 900” və “Hermes 450 “PUA-ları üçün karbon kompozit konstruksiyaları Hyderabad müəssisəsində istehsal olunur. Obyekt “Hermes” PUA-larının İsraildən kənarda yeganə istehsal bölməsidir. Mənbələr “ThePrint”ə bildiriblər ki, Hyderabad obyektindən “Hermes” PUA-larının ixracına başlanılıb, müəssisə artan sifarişləri ödəmək üçün genişləndirilir.
Şirkət həmçinin öz zavodlarından mini PUA-ların ən böyük ixracına start verdiklərini açıqlayıb. Mənbələrə görə, bu mini PUA-lar Benqalurda yeni zavodda istehsal olunur, inteqrasiya olunur və yığılır.
Məlumatlı mənbələr “Skylark” və “Sky Striker”in artıq ixrac edildiyini və zamanla Hindistan silahlı qüvvələrinə də xidmət edə biləcəyini qeyd edir.
“Asteria Aerospace” Bengalur mərkəzli, PUA proqram təminatı və texnologiyası üzrə ixtisaslaşmış şirkətdir.
2019-cu ildə “Mukesh Ambani's Reliance Industries” şirkətdə əksər paya sahib oldu. “Asteria” 2016-cı ildə araşdırma-inkişafda təxminən beş il sərmayə qoyduqdan sonra satışa başladı.
“Asteria”nın məhsulları təkcə PUA istehsal etməklə kifayətlənmir, həm də onların işini təmin edən proqram təminatı və daxili texnologiyaları inkişaf etdirməsi ilə fərqlənir.
Firmanın həmtəsisçisi Neel Mehta deyir ki, onların PUA-ları yerdə bir və ya iki nəfər tərəfindən idarə olunur və gündüz və ya gecə kamerası var. Onların əhatə etdiyi ərazi 5 km-dən 15 km-ə qədərdir.
Sənayenin vəziyyəti Hindistanın PUA istehsal gücünü göstərsə də, burada müəyyən maneələr hələ də qalmaqdadır.
Sevinc Əliyeva
Ordu.az