Slovakiya Ukraynaya "Zuzana 2" artilleriya sistemi göndərib

2022/11/zuaza-1668770308.jpg
Oxunub: 3982     15:17     18 Noyabr 2022    
Slovakiya Ukraynaya hərbi dəstək çərçivəsində daha bir “Zuzana 2” özüyeriyən artilleriya sistemi (haubitsa) göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “Unian“ Slovakiyanın müdafiə naziri Yaroslav Nada istinadən bildirib.

Nazir qeyd edib ki, bu Slovakiyanın Ukraynaya göndərdiyi sayca 7-ci artilleriya sistemidir. Artilleriya sisteminin artıq Ukraynada olduğu və Silahlı Qüvvələrə təhvil verildiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Ukrayna  


Bizi "telegram"da izləyin