Ukraynada kütləvi PUA hücumları “müharibə gələcəyi”ndən xəbər verir

2022/11/1668518621.jpg
Oxunub: 330     22:11     15 Noyabr 2022    
Rusiya İran istehsalı PUA-larla Ukraynanın bir sıra obyektlərinə zərbələr endirib. Bu sistemlər Ukrayna münaqişəsinin hər iki tərəfində geniş şəkildə istifadə edilib, lakin Rusiya onlardan mülki şəxslərə qarşı istifadə edib. Mülki vətəndaşlar və əsgərlər onları silahla vurmağa çalışıb. PUA-lar elektrik stansiyaları, yaşayış binaları və dəmiryolları kimi şəhər infrastrukturuna ziyan vurub. PUA-lardan birinin yaşayış binasını vurması nəticəsində azı 4 mülki şəxs həlak olub.

Yerli sakinlər PUA-ların hara gedəcəyini bilmədikləri üçün gərginlik yüksək olub. PUA-ların uğultulu səsi fonunda insanların qışqırıq səsləri və onları vurmağa çalışan silahların səsi eşidilir.

Bu silahlara kamikadze PUA-ları deyilir. Onlar hədəfini məhv edən zaman özlərini də məhv edir və geri qayıtmır. Ukrayna rəsmiləri bildirirlər ki, onların hava məkanında əsasən İran istehsalı olan “Şahed-136” istifadə olunur. İddialara görə, Rusiyan onlardan 2400 ədəd alıb.

Onlar yüksək texnologiyaya malik deyillər. Ən kiçiyi cəmi 20.000 dollara başa gəlir, ənənəvi PUA isə bu rəqəmdən ən azı 10 dəfə bahadır.

Onlar həmçinin əksər PUA-lardan əhəmiyyətli dərəcədə kiçik olan 35-40 kq partlayıcı daşıyırlar. Lakin onların dəyəri saylarındadır. Onlar böyük sürülərdə istifadə olunur və radar müdafiə sistemlərindən yayınmaq üçün kifayət qədər alçaq uçurlar.

Onların aşağı qiyməti PUA-ların kütləvi şəkildə istifadə olunmasına əsas verir. Onlar zərbə endirməzdən əvvəl havada qalır, buna görə də onların zərbəsini izləyən və gözləyərkən mülki şəxslərə psixoloji təsir göstərirlər.

Ukrayna rəsmiləri son bir həftə ərzində onlarla, ilk istifadə edildiyi gündən isə yüzlərlə PUA vurduqlarını təxmin edir. Lakin onlar vurulsalar belə, havada partlayırlar və potensial olaraq qalıqları kimisə öldürə bilər.

Ukraynada PUA dəstələrinin meydana çıxması Rusiyanın hücumunun xarakterinin dəyişməsini göstərir və bəzi fərziyyələr Moskvanın uzaqmənzilli raketlərin sayının azaldığını göstərir. Rusiya son vaxtlar paytaxt Kiyev kimi sıx məskunlaşan şəhər ərazilərinə havadan bombardmanlarını gücləndirib. Analitiklər deyirlər ki, bu, Ukraynanın son hücumlarına, məsələn, Rusiyanı Krımla birləşdirən körpünün bombalanması, habelə Ukrayna əhalisini və döyüşçülərini ruhdan salmaq cəhdinə cavab olaraq görünür.

Lakin bu strategiya həm də potensial olaraq bütün dünyada daha geniş tendensiyaya işarə edir. Müasir müharibənin bir çox tendensiyaları kimi, bu üsullar da Suriyada onilliklər davam edən müharibə zamanı sınaqdan keçirilib, burada həm Rusiya, həm də İran kamikadze PUA-larından istifadə edib.

Son vaxtlar ənənəvi hərbi bazarlardan kənarda qalan Somali, Nigeriya və Albaniya kimi ölkələrə PUA satan Türkiyə kimi sürpriz ölkələr də beynəlxalq PUA gücünə çevrilirlər.

Ukrayna qüvvələrinin özləri Türkiyə istehsalı olan “Bayraktar” larından ABŞ-ın təchiz etdiyi “Switchblade” PUA-larına qədər bir çox növdə insansız sistemdən istifadə edirlər.

Bir çox ölkələr ABŞ və digər Qərb dövlətləri tərəfindən bəyənilən yüksək qiymətli PUA-ları ala bilmədiyi üçün, bu cür daha kiçik, daha ucuz PUA-ların daha geniş istifadə olunacağı ehtimal edilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin Rusiya qüvvələrinə onlardan necə istifadə edəcəyini öyrətmək üçün Krımdakı hərbi bazaya göndərildiyi bildirilir. Ukrayna ordusunun və mülki əhalinin bu PUA-ların yaratdığı yeni çağırışa artıq uyğunlaşdığına dair əlamətlər var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin