“Samsung”dan hərbi istifadə üçün super möhkəm taktiki smartfon

2022/10/1667040604.jpg
Oxunub: 7842     18:15     29 Oktyabr 2022    
“Samsung” şirkəti “Galaxy S20 Tactical Edition” telefonunu buraxılıb. Bu, xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş hərbi smartfondur. O, “Android” əməliyyat sistemindən istifadə edir və radiolar, PUA-lar və GPS ilə inteqrasiya edə bilir.

S20 əvvəlki S9 taktiki telefonuna əsaslanır və “Samsung” bunun “taktiki mobillikdə irəliyə doğru böyük bir sıçrayış” olduğunu bildirib. “Samsung” telefonun sınaqdan keçirildiyini söyləyir və onu “missiya planlaması, təlim, əməliyyatlar və gündəlik istifadə üçün ehtiyac duyacağınız yeganə son istifadəçi cihazı” kimi təqdim edir.

“Galaxy S20” yalnız ABŞ-da xüsusi təchizatçılar vasitəsilə mövcuddur. “Galaxy S20” ümumi satış üçün mövcud deyil, onu yalnız Müdafiə Nazirliyi və federal hökumət üçün xüsusi kanallar vasitəsilə almaq olar. Telefon taktiki radiolara qoşula bilər. Missiyaya ümumi baxış üçün PUA və lazer sistemlərini dəstəkləyə bilər. Əldə işlətmək üçün nəzərdə tutulub, lakin planlaşdırma məqsədləri üçün asanlıqla monitora qoşula bilər. Ağıllı batareya enerjiyə qənaət etmək üçün proqram gücünü optimallaşdırır. Yan tərəfdəki xüsusi düymə missiya proqramlarını tez işə sala bilər. İki qat şifrələmə telefon söndürüldükdə belə məlumatları təhlükəsiz saxlayır. “Galaxy S20” həmçinin təhlükəsiz teletibb platformasına malikdir, burada həkimlər xəstələrin həyati vəziyyətini uzaqdan izləyə və tibbi evakuasiya təşkil edə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samsung  


Bizi "telegram"da izləyin