SAHA: ASELSAN-ın Konyadakı müəssisəsi yeni silahlarını təqdim edib

2022/10/thumb-1666792246.jpg
Oxunub: 2049     15:33     27 Oktyabr 2022    
Türkiyənin ASELSAN şirkətinin Konyadakı müəssisəsi İstanbulda keçirilən SAHA sərgisində yeni silahlarını təqdim edib

Ordu.az xəbər verir ki, müəssisə tərəfindən milliləşdirilən və müxtəlif platformalar üçün atəş dəstəyi verəcək orta kalibrli lülələr ilk dəfə SAHA-da nümayiş olunub.

Sərgidə 40 mm yüngül avtomatik qumbaraatan, 30 mm yüngül elektriklə işləyən avtomatik top və 35 mm elektriklə işləyən avtomatik top sərgilənib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir “Anadolu” agentliyinə açıqlamasında ASELSAN-ın Konyadan olan iş adamları ilə “ASELSAN Konya” adlı şirkət qurduğunu və şirkətin yeni və xarici sistemlərin milləşdirilməsi üçün fəaliyyət göstərdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA   ASELSAN  


Bizi "telegram"da izləyin