Ordu.az xəbər verir ki, SYS-in baş direktoru Utku Aral sərgidə 30x113 mm çaplı topu ilk dəfə təqdim edib.
Tədbir zananı Türkiyənin yeganə və ən böyük 12,7x99 mm-lik ağır pulemyotu olan “CANiK M2 QCB” də təqdim olunub.
Şirkət rəsmisi bildirib ki, “CANiK” 30x113 mm-lik silah istehsal edən dünyanın 5 firmasından biridir. Şirkət, həmçinin İngiltərənin “AEI Systems” şirkətini satın alıb.
“VENOM LR 30” adlandırılan 30x113 mm-lik silahın geri təpməsi azaldılıb. Silahlar 4x4 və 8x8 təkər formuluna malik, eyni zamanda tırıllı texnikalara inteqrasiya oluna bilər.
Həm zirehdələn, həm də yüksək partlayıcı sursat kimi istifadə oluna bilən 30x113 mm-lik toplar 12,7 mm-lik ağır pulemyot və 40 mm-lik avtomatik qumbaraatanla eyni işi görə bilir və tək silah asanlıqla 2-nin vəzifəsini öhdəsinə götürür.
Sevinc Əliyeva
Ordu.az