ADEX: “Karel” şirkəti IKT-110 radio interkom sistemini təqdim edir

2022/09/1-1662636036.jpg
Oxunub: 5451     15:19     08 Sentyabr 2022    
Türkiyənin “Karel” şirkəti Bakıda keçirilən ADEX sərgisində hərbi texnikanın ekipajları arasında koordinasiyalı işi təmin etmək üçün nəzərdə tutulmuş IKT-110 radio interfeysli interkom sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, sistem sayəsində döyüşçülər tapşırıq zonasından kənarda olan komandirlərindən birbaşa məlumat ala bilərlər.

Cihaz 9 istifadəçi arasında əlaqə saxlamağa imkan verir. IKT-110 qulaqlıqdan istifadəni təmin edir. Sistem həmçinin döyüş maşınına quraşdırılmış səsgücləndiricidən də istifadə etməyə imkan verir.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karel   ADEX  


Bizi "telegram"da izləyin