Ordu.az xəbər verir ki, şirkətin “Mini Music” adlı sistemi xüsusi diqqət çəkib.
Kiçik ölçülü hava-zenit-raket hücumundan müdafiə sistemi olan sistem düşmənin portativ zenit-raket komplekslərinin hədəfə alındığı anlarda hərbi təyyarələrin mühafizəsini artırmaq üçün nəzərdə tutulub. Qeyd etmək vacibdir ki, sistem təkcə hərbi təyyarələrdə deyil, mülki təyyarələrdə də quraşdırıla bilər. Sistem çoxlu sayda MANPADS ilə təchiz edilmiş terror birləşmələrindən qorunma imkanını vurğulayır.
Şirkət bildirib ki, “Mini Music” cəmi 19 kq ağırlığındadır və hava platformasının uçuş xüsusiyyətlərinə təsir etmir. Eyni zamanda, maksimum qorunma üçün iki və ya daha çox qülləni bütöv bir kompleksə inteqrasiya etmək mümkündür. “Mini Music” raketlərdə quraşdırılmış infraqırmızı sensorlara qarşı təsir göstərən fiber lazerdən istifadə edir. Güclü müdaxilə yaradılır və atılan zenit mərmi uğursuz olur.
Sevinc Əliyeva
Ordu.az