Hospitala göndərilən erməni əsgər fərarilik edib

2018/06/34_1528612352.jpeg
Oxunub: 10225     14:00     13 İyun 2020    
Ermənistan tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun qumbaraatan batareyasında xidmət edən əsgər Samson Harutunyan xidmət yerindən qaçıb.

Ordu.az xəbər verir ki, batareyanın əsgəri xəstəliyi ilə bağlı hərbi hospitala göndərilməsinə baxmayaraq tibb məntəqəsinə gedərkən yolda qaçıb.

Hərbi polis tərəfindən fərarilik edən əsgərin tapılması və geri qaytarılması üçün tədbirlər görülür. Faktla bağlı qaldırılan cinayət işi üzrə araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərari  


Bizi "telegram"da izləyin