Ordu.az-ın Qərb bürosunun məlumatına görə, “Şəhidimiz” kampaniyası çərçivəsində Respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilib və onlarla həmrəylik nümayiş olunub.
Növbəti görüşlərdən biri də Tovuz rayonuna reallaşdırılıb. Tovuz rayonunu Gənclər evininin Könüllülər, ASAN Könüllülər, RİİB Könüllülər, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər təşkilatları təmsil edən gənclər Tovuz rayon Şəhidlər Xiyabanlarını ziyarət edib, daha sonra şəhid olan soydaşlarımızın ailələrinə baş çəkilib, onlarla həmsöhbət olublar və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, 2 gün ərzində kampaniyaya 2 mindən artıq gənc qoşulub.
Xatırladırıq ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanıb. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər. Növbəti bu cür görüşlər digər rayonlarda da baş tutacaq.
Cümşüd Məmmədov
Ordu.az