Ordu.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
“Açıq qapı günü” çərçivəsində hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçirilib, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, Dövlət Bayrağı Günü münasibətilə konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.
Ordu.az