Dünya yeni düzəninə səbəb olacaq sürprizlərlə üz-üzə gəlir? – ANALİZ

2019/10/55-3142098968.jpg
Oxunub: 3918     16:11     14 Oktyabr 2019    
“Kıran-4”ün Ermənistana düşən kölgəsi

Milli təhlükəsizliyə və dövlətin daxili sabitliyinə yönələn terror təhdidlərini dəf etmək üçün Türkiyə Silahlı Qüvvələri ölkənin hüdudlarından kənarda, daha konkret desək, qonşu Suriya ərazisində həyata keçirdiyi təhlükəsizlik tədbirlərinin növbəti mərhələsinə “Barış Pınarı” adılandırılan hərbi əməliyyatlarla start verdi. Əslində, rəsmi Ankara terrorçu təşkilalat kimi tanıdığı PKK, PYD və YPG-nin silahlı qruplaşmalarına qarşı geniş miqyaslı mübarizə tədbirlərinə Ermənistanla sərhəd bölgələrində “KIRAN-4” qrifli əməliyyatla başladı. Qars, Ağrı və İğdır bölgələrini əhatə edən bu əməliyyatın xaraktercə anoloqu olan tədbirlər əvvəllər də keçirilib və sözügedən bölgədə terrorçularla mübarizə nəticəsində xeyli sayda silahlı qruplaşma üzvü məhv edilib...

Uzun illərdir ki, həm PKK terrorçularının, həm də erməni-kürd birliklərinə yaxınlığı ilə tanınan qanunsuz silahlı qrupların Türkiyə ərazisində gerçəkləşdirdiyi terror aktlarında yüzlərlə dinc sakin həyatını itirib və yaralanıb. Həmçinin PKK və ona bağlı terror təşkilatlarına qarşı aparılan hərbi əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda hərbi qulluqçusu həlak olub və ya sağlamlığını itirib.

Başqa bir savaşa meydan açan “Barış Pınarı”

Bəs Suriyada həyata keçirilən “Barış Pınarı” ilə Ermənistanla sərhəddə gerçəkləşdirilən “Kıran-4”ü bir-biri ilə nə əlaqələndirir?!

Xatırladaq ki, 26 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan, PKK və ona bağlı terror təşkilatlarına Qarabağ ərazisində özlərinə düşərgə və təlim mərkəzləri yaratmaq imkanı verib. Bu barədə dəfələrlə müxtəlif mənbələrdə informasiya yayılsa da, Ermənistan bu xəbərləri heç vaxt təkzib və ya təsdiq etməyib. Ancaq Qarabağda ermənilər tərəfindən keçirilən müəyyən tədbirlərdə kürd seperatçılarının tanınmış simalarının çıxışları, Türkiyə və Azərbaycan əleyhinə bəyanatlarını təsdiqləyən videogörüntülər, fotoşəkillər və yazılı məlumatlar elə erməni mediasının özü tərəfindən yayımlanıb.

Əgər Türkiyə Suriya ərazisində hərbi əməliyyatlara başlamamışdan öncə, Ermənistanla sərhəddə PKK və ona bağlı silahlı qruplaşmalara qarşı mübarizəyə başlayırsa, deməli, Türkiyə Silahlı Qüvvələrinin və başqa təhlükəsizlik orqanlarının kəşfiyyat məlumatları özündə ciddi məqamları ehtiva edir.

Hərbi əməliyatların fonundakı siyasi məqamlar

Məsələnin hərbi və terrorçuluqla mübarizə tərəflərini bir kənara qoyub, Ermənistanla sərhəddə aparılan əməliyyatları zərurətə çevirən siyasi elementlərə nəzər salaq.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə qarşı çıxan Türkiyə Ermənistanla arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan “Doğukapı’nı açmaqdan imtina edir.

Hətta bu sərhəd-gömrük keçidinin açılmasından ötrü Amerika Birləşmiş Ştatlarının, həmçinin bir çox Avropa ölkəsinin Türkiyəyə göstərdiyi təzyiqlərə rəğmən məsələ bu günədək “masa üzərində” qalır. Hansı ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan Xarici İşlər nazirləri arasında İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu” imzalanmışdı və birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tuturdu. “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na gəlincə, bu sənəd qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalı idi. Amma Türkiyiə parlamenti protokolu ratifikasiya etmədi. Səbəb isə Türkiyə Böyük Millət Məclisi tərəfindən, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağının şərt kimi irəli sürülməsi oldu.

Suriyada “Barış Pınarı”nın başlanmasından əvvəl Ermənistanla sərhəddəki “Kıran-4”ə start verilməsi, deməli, təkcə hərbi əhəmiyyət daşımır. “Kıran-4” əməliyatı, məhz Türkiyə-Ermənistan arasındakı tək sərhəd-keçid məntəqəsi olan “Doğukapı”nın yerləşdiyi Qars vilayətini əhatə edir. Belə çıxır ki, PKK, PYD və YPG tərəfdarlarının sığındığı əsas bölgələrdən biri olan Qarsda qanunsuz kürd silahlı qruplaşmalarının ermənilərlə “işbirliyi” ehtimalı mövcuddur. Erməni tərəfi bu “kart”dan istifadə edib, sərhədin açılması üçün Türkiyəyə təsir göstərmək imkanı əldə etmək haqda düşünə bilər.

Bütün hallarda Türkiyəyə qarşı açılan savaş meydanı

Hətta belə bir cəhd sərhədin açılması ilə nəticələnməsə də Türkiyənin daxili sabitliyinə ciddi zərər vura, sözügedən bölgədə çaxnaşma və silahlı qarşıdurmaların çoxalmasına gətirib çıxara bilər. Bu da Qarabağ və Ermənistan ərazisində bazalanmış terror qruplaşmalarının Türkiyə ərazisinə keçidini asanlaşdırar.

Bölgədə vəziyyətin gərginləşməsinin həm də təhlükəli hal olduğunu çox gözəl anlayan rəsmi İrəvan Türkiyə Silahlı Qüvvələrinin ayaq izinin terrorçuluqla mübarizə əsnasında öz ərazisinə düşməsini istəməz. Təcrübəyə və yaxın keçmişə nəzər salsaq görərik ki, Türk ordusu terror qruplaşmalarının tamam məhv edilməsi üçün başlatdığı hərbi əməliyyatları başqa ölkə ərazisində keçirməkdən belə narahatlıq yaşamır.

“Kıran-4” əməliyyatının adını şərh etməyə çalışsaq, bu qrifin arxasında hansısa ciddi mesajların dayandığı qənaətinə gəlmək o qədər də çətin olmaz. Təxmin etmək olar ki, qrifdəki “Kıran” məhv edən, güclü əl, “4” isə dörd qütbə doğru anlamını daşıyır. Yəni, dolayısı ilə “Dördbir tərəfdə olsanız da, qırılacaqsınız” mənasına gəlir...

Açılması an məsələsi olan keçid məntəqəsi...

Doğrudur, hər halda Türk hərbiçiləri terrorçu dəstələrin izinə düşüb Ermənistanın sərhədlərindən içəri daxil olarsa, bu, regionda növbəti dövlətlərarası skandalın yaranması ilə nəticələnə bilər. Digər tərəfdən, Türk ordusu PKK və ona bağlı terror qruplaşmalarının Ermənistanın Türkiyə ilə həmsərhəd bölgələrində mövcudluğunu və ya Qarabağda bazalandığını isbatlayan tutarlı faktlar təqdim edərsə, işğalçı Ermənistan həm də terrorçuluğa dəstək verən dövlət kimi çıxılmaz vəziyyətdə qalacaq. Ona görə də, Qars və ətraf bölgələrdə Türkiyə SQ tərəfindən həyata keçirilən əməliyyatlar Ermənistanda ciddi narahatlıq doğurmaya bilməz...

“Doğukapı” sərhəd-keçid məntəqəsinin açılması təkcə Ermənistan üçün yox, həm də Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Bu keçid məntəqəsinin açılması Türkiyə üçün Ərzurumdan Orta Asiyaya qədər yeni iqtisadi dəhlizin meydana gəlməsi deməkdir. Digər tərəfdən isə, sərhədin açılması Ermənistanın Avropaya rahat və sərfəli çıxış əldə etməsi ilə nəticənə bilər. Amma rəsmi Ankara Qarabağın işğaldan azad edilməyəcəyi təqdirdə bu məsələnin dondurulmasında ciddi şəkildə israrlı götünür. Vəziyyətin bu mərhələdə dondurulması Ermənistanın Türkiyəyə düşmən münasibətdə qalmasını qüvvədə saxlayır. Ona görə də, rəsmi İrəvan üçün “Doğukapı”nın açılmasına təsir vasitəsi kimi terror təşkilatları ilə əməkdaşlıq həmişə aktualdır.

Erməni gülləsinə tuş gələn “Barış Pınarı”...

Bütün bunların fonunda ermənilər artıq beş gündür başlayan “Barış Pinarı” əməliyyatını gözdən salmağa çalışırlar. Bəzi informasiya mənbələrində yayılan məlumatlara görə, terrorçulara qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində ermənilərin kompakt şəkildə yaşadığı əraziləri və ya məhəllələri atəşə tutub.

Təbii ki, bu, Türkiyə əleyhinə hesablanmış təbliğat vasitəsindən başqa bir şey deyil. Artıq Suriya ərazisində və İraqın şimalında bir neçə dəfə təmizləmə əmliyyatları keçirən Türkiyə ordusunun dinc əhalinin zərər görmədən yekunlaşdırdığı uğurlu əməliyyatlar bütün dünyaya məlumdur.

Digər tərəfdən, nəzərə alsaq ki, Ermənistan Respublikası Rusiyanın Suriyadakı hərbiçiləri arasında bu ölkəyə rəsmi Hələbi dəstəkləyən hərbi kontingent göndərib və Suriya öz ərazisində Türkiyə tərəfindən keçirilən hərbi əməliyyatlara dövlət səviyyəsində qarşı çıxır, onda belə qənaətə gəlmək olur ki, Bəşər Əsəd hakimiyyəti ilə tərəfdaşlıq edən Ermənistanın Türkiyə ilə maraqları həm də başqa nöqtələrdə də toqquşur.

Bu isə o deməkdir ki, Ermənistan rus hərbi bazasının tərkibində Suriyada xidmət aparan erməni hərbi kontingentinin timsalında Türkiyəyə qarşı çıxan Suriya Ordusu ilə birgə, həm də ölkə ərazisindəki müxtəlif terror təşkilatları və qanunsuz silahlı birləşmələrin sırasında olan erməni yaraqlıları vasitəsi ilə Türk Silahlı Qüvvələri ilə döyüşə girir.

Türkiyə sərhəddində dalğalanan 6 fərqli bayraq

Suriya ilə 911 kilometrlik dövlət sərhəddi boyunca təhlükəsiz zona yaratmaq istiqamətində Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlara qarşı çıxan Bəşər Əsəd hakimiyyətinin mövqeyi siyasi prosesləri getikcə daha anlaşılmaz vəziyyətə salır. Ölkənin sözügedən hissəsində 2011-ci ildən bu yana 6 müxtəlif bayraq dalğalanmağa başlayıb. Bunlar Suriya Ərəb Cümhuriyəti, “İslam Dövləti” (İD), “Azad Suriya Ordusu” (ASO), “İraq Şam İslam Dövləti” (İŞİD), İraq Kürdistanı vilayətinin ordu qüvvələri-Peşmərgə (IKBY) ve PKK terror təşkilatının silahlı qanadı olan “Demokratik Birlik Partiyası”na (PYD) aid bayraqlardır.

Suriyadaxili silahlı münaqişələr zamanı yuxarıda göstərilən məsafədəki sərhəd uzunu 13 sərhəd keçid məntəqəsi Suriya ərazisində müxtəlif zamanlarda əldən ələ keçib. Onlardan yalnız ikisi bu günədək ticari əlaqələr və gediş-gəliş üçün açıqdır.

Bölgədəki vəziyyətin görünən mənzərəsi burada siyasi proseslərin getdikcə daha da gərginləşəcəyini, Türkiyənin qeyri-ixtiyari şəkildə müharibəyə qoşulmasını qaçılmaz edir. Əks halda, Suriya və İraq ərazisində hər gün törəyən çoxsaylı terror təşkilatları və qruplaşmaları ölkənin cənub bölgələri üçün ciddi təhlükə mənbəyinə çevirilirlər.

Narahatlıqlar məngənəsində çabalayan İran

Maraqlıdır ki, İran hərbi dairələri ilə yaxınlığı ilə tanınan “Hzibullah”a qarşı döyüşən İŞİD və digər terror qruplaşmalarına qarşı Türkiyənin apardığı hərbi əməliyyatlar rəsmi Tehranın narazılığına səbəb olub.

İslam Respublikası Türkiyəni Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatlarını dayandırmağa səsləyib. Görünür, Suriyada və İraqın şimalında sıxışdırlan və geri çəkilməyə məcbur olan trerror təşkilatlarının Suriyadan İraq ərazisinə axışması, oradan isə İranın sərhədlərinə doğru yayılması Tehran hökumətinin narahatlığına səbəb olur. Hər halda, İran Suriya ərazisində terrorçu qruplaşmalara qarşı açıq və dolayı şəkildə silahlı mübarizə aparsa da, terror təhlükəsini özünün hüdudlarına yaxınlaşmasından ciddi şəkildə ehtiyatlanır. Çünki, rəsmi Tehranın qənaətinə görə, Amerika və Qərb dairələrindən yardım və kömək alan bu qanunsuz silahlı təşkilatların İran ərazisinə keçməsi onun əleyhinə qurulan planın tərkib hissəsidir. Bir məqamı xatırlamaqla İranın narahatlığının səbəbini anlamaq mümkün olar.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMM) Baş direktorunun müavini Valeri Semerikov Əfqanıstanın şimalında və Orta Asiya Respublikalarının sərhədlərində İŞİD və başqa terror təşkilatlarının peyda olması haqda xəbərdarlıq etmişdi. Belə çıxır ki, Əfqanıstanın şimalında İŞİD-in möhkəmlənməsinin əsas məqsədlərindən biri də İrana qarşı terror yürüşlərinin həyata keçirilməsi ola bilər. Bu baxımdan rəsmi Tehran Suriayada Ankaranın hərbi əməliyyatlarını dəstəkləməkdən vaz keçmək məcburiyyətində qalır. Eyni zamanda, Suriyadan köç edən qaçqın axınının ölkəyə doru istiqamətlənə bilməsi ehtimalı da bu narahatlıqlar sırasındadır.

3 trilyon dollarlıq enerji müharibəsi

Digər tərəfdən Suriyadakı neft yataqlarının və Ağdəniz bölgəsindəki neft-qaz enerji mənbələrinin hələ ki, əldən-ələ keçməsi, Suriya neftinin dünya bazarına yol tapmaması Amerika və müttəfiqləri tərəfindən embarqolara məruz qalan İranın maraqlarına uyğundur. Bölgədəki dəyəri 3 trilyon ABŞ dollarından çox olan enerji mənbələrinin dağıdılması İran neftinə və mavi yanacağına ehtiyacı aktual saxlayır.

Başqa bir tərəfdən isə, Rusiyadan ciddi dəstək alan Bəşər Əsəd rejiminə tabe dövlət ordusunun, rəsmi Moskva ilə yaxın tərəfdaş hesab edilən Türkiyə Silahlı Qüvvələrinə qarşı vuruşması, Moskvanın Ankara ilə münasibətlərdə manevr imkanlarını artırır. Bu arada Suriya ərazisində keçirdiyi hərbi əməliyyatlara görə, Avropanın əsas güc mərkəzlərindən hesab edilən Almaniya və Fransanın Türkiyəyə silah satışını qadağan etməsi haqda qərarları da Rusiyanın xeyrinə işləmiş olur. Hər halda, Amerika ilə silah ticarətində soyuqluq yaranan rəsmi Ankaranın hərbi texnika bazarındakı əsas və ən böyük partnyoru olaraq Rusiya hərbi sənayesi yer tutmalı olacaq.

Narahat Avropa...

Türkiyənin məlum hərbi əməliyyatlara başlamasından sonra bu ölkəyə silah satışını qadağan edən və rəsmi Ankradan hərbi əməliyyatları dayandırmağa çağıran Avropa ölkələrinin narahatlığı daha çox diqqət çəkməyə başladı.

2011-ci ildən bu yana Suriyadan Türkiyəyə 3 milyon 700 min nəfərdən çox qaçqın pənah gətirib. Bu qədər suriyalı Türkiyə dövləti tərəfindən geyim, sığınacaq, tibbi ləvazimat və digər gündəlik tələbat vasitələri ilə təmin edilir.

Suriyanın şimalında aparılan təmizləmə əməliyyatları yeni qaçqın ordusunun yaranmasına və Türkiyənin bu axının qarşısını almaq iqtidarında ola bilməməsi Avropa ölkələrində ciddi narahatlıq törədir. Belə olduğu halda bu köçkün axını Türkiyə üzərindən keçməklə, Yunanınsan və Bolqarıstana, oradan isə Avropanın digər bölgələrinə istiqamət ala bilər.

Bu baxımdan, belə qənatətə gəlmək olar ki, avropalıların çıxışları heç də, onların sülpərvər olmasından, humanitar nöqteyi-nəzərdən irəli gəlmir. Əslində, Avropa dövlətləri Yaxın Şərqdə və Ərəb coğrafiyasında baş verən müharibəni heç bir halda öz sərhədlərdən içəridə hiss etmək fikrində deyil...

Suriya səhralarına səpilən milyardlarla dollar...

Bütün bu proseslərin fonunda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Suriyadakı amerikan ordusunun çıxarılması ilə bağlı əmr verməsi haqda xəbərlər dolaşmağa başladı. Tramp “ Suriyada zatən çox az əskərimiz var, onların zərər görməsini istemirəm” deyə açıqlama verib. Rəsmi Vaşinqton isə bu açıqlamanı “Suriyadan çəkilmə” anlamı daşımadığını ifadə etdi. ABŞ Ordusunun Suriyada yerləşən kontingentindən də Suriyadan çıxmaq haqda əmr almadıqları bildirildi: “Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatların fonunda ABŞ hərbiçiləri təhlükəsiz əraziyə çəkilib”.

Əgər ABŞ öz qüvvələrini, doğrudan da, Suriya ərazisindən çıxararsa, deməli, bu fakt bölgədə yeni proseslərin başlanacağından xəbər verir. Həmişə qlobal proseslərdə özünün müttəfiqi kimi qələmə verdiyi Türkiyənin “Barış Pınarı” əməliyyatının ardınca öz qoşunlarını Suriyadan çıxarmaq haqda ABŞ-ın qərarı rəsmi Ankaranı çətin vəziyyətə salmaq xarakteri də daşıya bilər, ehtimal edilən razılaşmalara uymaq kimi də... Türkiyə ordusuna qarşı ölkənin şimalına doğru qoşunlarını səfərbər edən Əsəd qüvvələrinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombalanması amilini unutmaq olmaz.

Maraqlıdır ki, 2003-cü ilin martından indiyədək Əfqanıstan və İraqda həyata keçirdiyi hərbi əməliyyatlara 5 trilyon dollar xərc çəkən ABŞ-ın Suriyadakı xərcləri də kiçik rəqəmlərlə ölçülə bilməz. Suriyaya ilk həmləsində Amerika Ordusu hər biri 1,6 milyon dollar dəyərində olan 59 ədəd “Tamohavk” raketi atıb. İlk atəşi təxminən 100 milyon dollara başa gələn bir əməliyyatın sonrakı xərclərini nəzərə alsaq, ABŞ hərbi kontingentinin Suriyada saxlanması və əməliyyat xərclərinin milyardlarla dollar həcmində olduğu danılmazdır. Bu qədər xərc çəkdikdən sonra, rəsmi Vaşinqtonun Suriyada müharibə başa çatmadan səbəbsiz çəkilməsi inandırıcı görünmür.

Görünür, dünya özünün siyasi düzənində diqqəti cəlb edəcək başqa sürprizlərlə qarşılaşmaq ərəfəsindədir.

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ermənistan   Barış-Pınarı  

Dünya yeni düzəninə səbəb olacaq sürprizlərlə üz-üzə gəlir? – ANALİZ

2019/10/55-3142098968.jpg
Oxunub: 3919     16:11     14 Oktyabr 2019    