ABŞ HHQ qırıcıları lazer silahları ilə silahlandırmaq istəyir

2019/02/this--1549980181.jpg
Oxunub: 1307     19:02     12 Fevral 2019    
2017-ci ildə ABŞ donanması özünün “Lazer Silahlar Sistemini” təqdim etdi. Mətbuatda bu sistem nəqliyyat vasitəsinə quraşdırılmış futuristik top, dünyanın ilk aktiv lazer silahı adlandırıldı.

Artıq ABŞ Hərbi Hava Qüvvələri bu məsələ ilə bağlı bir qədər də irəli gedərək 2020-ci illərin əvvəlində öz qırıcılarını onunla təchiz etmək istəyir. Bu qırıcılar arasında “Lockheed Martin” istehsalı beşinci nəsil stels təyyarələri olan F-35-in də adı hallanır.

Ötən ayın sonlarında Pentaqon 2019-cu il Raketdən Müdafiə Doktrinasını yaydı. Sənəddə onun ABŞ-ı düşmən raketlərindən necə xilas etməyi düşünməsi ilə bağlı strateji plan göstərilib. Doktrinada F-35 qırıcılarının lazer silahları ilə silahlandırılması ilə bağlı da qeyd var. Bu silahlar F-35-lərə orta yüksəklikdə düşmən raketlərini endirmə imkanı verəcək.

Lazer silah texnologiyası ABŞ HHQ üçün heç də yeni deyil. Onun Tədqiqat Laboratoriyası uzun illər ərzində Kirtland aviabazasından olmaqla təkmilləşdirmə səylərinə rəhbərlik edib. Onun diqqətində yüksək enerjili elektromaqnit, silah dizaynları, simulyasiya və istiqamətləndirilmiş enerji, elektro-optiklər var. Laboratoriya uçuş zamanı həyata keçiriləcək raket atışlarının qurudan çoxsaylı sınağını təşkil edib və qarşıdakı illərdə də bir neçə sınaq planlaşdırılır.

Hazırda ABŞ HHQ-nin bu məsələ ilə bağlı əsas proqramlarından biri Özünümüdafiə Yüksək Enerji Lazer Nümayişçi (SHIELD) adlanır və onun məqsədi qırıcı təyyarələrə düşmənin təyyarəsini güclü lazerlə isidərək yandırmaq imkanı qazandırmaqdır.

Lazer sistemlərinin ənənəvi silahlara nəzərən sahib olduğu əsas üstünlüklərdən biri düşmən hədəflərini onları təmamilə dağıtmadan, yaxud qurudakı mülki həyata zərər yetirmədən zərərsizləşdirmə imkanı qazandırmasıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HHQ  

ABŞ HHQ qırıcıları lazer silahları ilə silahlandırmaq istəyir

2019/02/this--1549980181.jpg
Oxunub: 1308     19:02     12 Fevral 2019    