"ASM-N-2 Bat" - İkinci Dünya müharibəsi zamanı tətbiq edilən dünyanın ilk özütuşlanan bombasıdır. O zamandan bəri bu texnologiya davamlı olaraq inkişaf edir.

Radiolokasiyalı özütuşlanan başlıqlar radiodiapazonun elektromaqnit dalğalarını istifadə edərək fəaliyyət göstərir. Aktiv, yarı-aktiv və passiv radiolokasiyalı özütuşlanan başlıqlar yerüstü, hava, dəniz hədəf və obyektlərinin məhv edilməsi məqsədilə idarəolunan silahlarda istifadə olunur. Qeyri-kontrast yerüstü hədəflərin məhv edilməsi üçün ərazidən yayılan radiosiqnallar vasitəsilə fəaliyyət göstərən aktiv radiolokasiyalı özütuşlanan başlıqlardan (RÖTB) və ya ərazinin radioistilik siqnallarından istifadə edərək funksiyalarını yerinə yetirən passiv RÖTB-dən istifadə edilir. Bu dəfə Sizinlə aktiv radiolokasiya özütuşlanması barədə fikirlərimizi bölüşəcəyik.
Aktiv radiolokasiya özütuşlanması - raketin avtonom radiolokator və qərar bloku ilə təchiz olunan, eyni zamanda daşıyıcı vasitənin müdaxiləsi olmadan hədəfləri aşkar etmək və ələ keçirmək imkanına malik tuşlanma metodudur.
Aktiv radiolokasiya tuşlanmasının əsas üstünlükləri

Əməliyyatın terminal (son) mərhələsində, raket daşıyıcıdan və ya tuşlama stansiyasından hədəfə daha yaxın olur, hədəfin aktiv radiolokasiyalı özütuşlanan başlığı (RÖTB) ilə izlənməsi daha dəqiq olur və elektron əks-təsirlərdən daha çox qorunur. Aktiv radiolokasiya özütuşlanan başlıqlı raketlər, digər izləmə sistemlərindən istifadə edən raketlərdən daha çox hədəfi məhvetmə əmsalına malik olur.
Raket müdaxilənin terminal mərhələsində təmamilə avtonom olduğu üçün, daşıyıcı hədəfin və raketlərin hərəkətinin ələ keçirilməsinə qədər izləməkdən azaddır və diqqətini başqa hədəfə yönəldə bilər və ya ələ keçirilmə zonasını tərk edə bilər.
Özütuşlanan başlıqların bu imkanları qısaca "atdım-unutdum" adlanır və bu sinif raketlərin öz sələfləri üzərində ciddi üstünlüyü hesab edilir.
İstənilən texnologiyada olduğu kimi aktiv RÖTB də bəzi mənfi cəhətlərə malikdir. Birincisi, radiolokatorun raketin daxilində yerləşdirilməsi ölçülərin, sistemin mürəkkəbliyinin və dəyərin artmasına səbəb olur. Raketin daxilinə yerləşdirilən bahalı avadanlıqlar bir dəfə istifadə edilə bilir, çünki döyüş başlığının partlaması ilə sıradan çıxır.

Aktiv radiolokasiyalı tuşlamanın digər mənfi cəhəti raket hücumu barədə rəqibin xəbərdar edilməsindən və ona cavab hərəkəti üçün ani də olsa, zaman qazandırmaqdan ibarətdir. Lakin müasir raketlərdə bu zaman o qədər qısa olur ki, rəqib hücuma məruz qaldığını anlasa da, cavab və əks-təsir reaksiyası göstərə bilmir. Bu texnologiya əsasən ABŞ, İsrail və bəzi inkişaf etmiş Avropa ölkələrində tətbiq edilir.
Aktiv RÖTB-yə malik raketlərin əvvəlki modellərində hədəfə yaxınlaşdıqca məhsuldarlığın azalması müşahidə edilirdi. Bu çatışmazlıq hazırda aktual deyil.
Aktiv RÖTB-dən istifadə
Aktiv RÖTB-dən çox zaman vahid raket tuşlama metodu kimi istifadə olunur. Raketin enerji mənbələrinin kiçik ölçüləri kifayət qədər güclü şüalanma qaynağı yaratmağa və onun uzun müddət, yəni startdan ələ keçirməyə qədər uzaq məsafələrdə istifadəsinə icazə verməməsi səbəbindən, bu tip tuşlamadan daha çox hədəfin terminal ələ keçirilməsində istifadə edilir. Bu çatışmazlığı aradan qaldırmaq üçün bir raketlər aktiv RÖTB ilə bərabər əlavə komanda tipli və ya ətalətli tuşlama sistemi ilə təchiz edilir ki, bu da raketin birbaşa hədəf yaxınlığındakı zonaya daxil olmasına imkan verir və yalnız bundan sonra RÖTB aktivləşir.

Ətalətli və ya komanda tipli tuşlama metodundan istifadə isə raketin konkret təyinatından asılıdır. Adətən ətalətli tuşlama az hərəkətli hədəflərə, məsələn gəmilərə qarşı atəş açmaq üçün nəzərdə tutulan raketlərdə tətbiq edilir. Yüksək sürətli və manevrli hədəflərə qarşı isə komanda tipli əlavə tuşlama metodu daha məqsədəuyğundur. Son illərdə artıq ətalətli və komanda tipli tuşlama bir cihazda "radio komandalar ilə nizamlanan avtopilot" şəklində birləşdirilir.
Aktiv RÖTB- li raketlərin siyahısı
Aşağıda ələ keçirmənin terminal mərhələsində aktiv RÖTB-dən istifadə edən raket siyahısı ilə tanış olaq:
ABŞ
"Boeing" istehsalı RGM-84 "Harpoon" - gəmi əleyhinə raketi;
"Lockheed Martin"dən AGM-114L "Hellfire Longbow" hava bazalı gəmi əleyhinə raketi;
"Lockheed Martin"dən MIM-104 "Patriot" - zenit raketi (yalnız PAC-3); "Raytheon" istehsalı AIM-54 "Phoenix" uzaq mənzilli "hava-hava" raketi;
"Raytheon"dan AIM-120 AMRAAM - "hava-hava" zenit raketi;
"Raytheon"dan RIM-174 "Standard ERAM" (SM-6) – zenit raketi.
Çin
PL-12 - orta mənzilli "hava-hava" raketi;
SD-10 - Çindən Pakistana ixrac edilən PL-12 raketinin modifikasiyası;
HQ-9 - uzun mənzilli zenit raket sistemi.
Avropa
MBDA "Meteor"- Fransa, Almaniya, İtaliya, İspaniya, İsveç və Birləşmiş Krallıq tərəfindən birgə hazırlanan uzaq məmzilli "hava-hava" raketləri.
Fransa
MBDA "Exocet" - gəmi əleyhinə raketlər;
MBDA MICA, orta mənzilli "hava-hava" və "yer-hava" raketi.
Almaniya
EADS AS.34 "Kormoran" - gəmi əleyhinə raketi.
Hindistan
DRDO "Astra" "hava-hava" raketi.
İsrail
"Rafael Derbi" - "hava-hava" raketi.
Yaponiya
Tip 80- ASM-1 - hava bazalı gəmi əleyhinə raketi.
Tip 81 "Tansam" - qısa mənzilli zenit raket kompleksi (yalnız SAM-1C);
Tip 88 - yerüstü mobil gəmi əleyhinə kompleksi;
Tip 90 - dəniz bazalı gəmi əleyhinə raketi;
Tip 91 - hava bazalı gəmi əleyhinə raketi;
Mitsubishi AAM-4 (Tip 99) - orta mənzilli "hava-hava" raketi;
Tip 03 "Çusam" - orta mənzilli ZRK;
Tip 11 - ZRK.
SSRİ/Rusiya
KS-172 ("Novator" DRDO) uzaq mənzilli "hava-hava" raketi;
R-37 ("Vımpel" Mexaniki Konstruktor Bürosu, NATO-da AA-13 "Arrow") - uzaq mənzilli "hava-hava" raketi;
R-77 ( "Vımpel" Mexaniki Konstruktor Bürosu, NATO-da AA-12 "Adder") - orta mənzilli "hava-hava" raketi;
R-27 ("Vımpel" Mexaniki Konstruktor Bürosu, NATO-da AA-10 "Alamo") - orta mənzilli "hava-hava" raketi (yalnız R-27AE);
X-31 ("Taktik Raket Silahları" ASC, AS-17 "Kripton") gəmi əleyhinə raketi (yalnız X-31A);
X-15 ("Raduga" Maşınqayırma Konstruktor Bürosu, AS-16 "Kickback"), hava bazalı gəmi əleyhinə raketi (yalnız X-15C);
X-59 ("Raduga" Maşınqayırma Konstruktor Bürosu, AS-13 "Kingbolt"), hava bazalı raketi (yalnız X-59MK);
X-25 ("Taktik Raket Silahları" ASC, AS-10 "Karen") hava bazalı gəmi əleyhinə raketi (yalnız X-25MA);
KSR-5 ("Raduga" Maşınqayırma Konstruktor Bürosu, AS-6 "Kingfish") hava bazalı gəmi əleyhinə raketi;
KSR-2 ("Raduga" Maşınqayırma Konstruktor Bürosu, AS-5 "Kelt") hava bazalı gəmi əleyhinə raketi;
X-22 ("Raduga" Maşınqayırma Konstruktor Bürosu, AS-4 "Kitchen") gəmi əleyhinə raketi;
9M123 "Xrizantema" (Kolomna Maşınqayırma Konstruktor Bürosu, AT-15 "Springer") - tank əleyhinə raketi (yalnız 9M123-2 və 9M123F-2);
S-400 "Triumf" ( "Almaz-Antey" BSKB, SA-21 "Growler") - uzun mənzilli zenit raket kompleksi;
P-500 "Bazalt" (Maşınqayırma EİB, SS-N-12 "Sandbox") - gəmi əleyhinə raketi;
P-700 "Granit" (Maşınqayırma EİB SS-N-19 "Shipwreck") - gəmi əleyhinə raketi;
P-270 "Moskit" ("Raduga" Maşınqayırma Konstruktor Bürosu, SS-N-22 "Sunburn") - gəmi əleyhinə raketi.
Cənubi Afrika Respublikası
"R-Darter" uzaq mənzilli "hava-hava" raketi.
İsveç
"Saab Bofors Dynamics" RBS-15 - gəmi əleyhinə raket.
Çin (Tayvan)
"Sky Sword II" - "hava-hava" raketi.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az