Passiv optik özütuşlanan başlıqlar - HƏRBİ ESKPERT (II Yazı)

2019/01/23894-4641840945.jpg
Oxunub: 1429     12:06     12 Yanvar 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Özütuşlanan başlıqlar mövzusuna keçən dəfə ümumi nəzər saldıq. İndi isə bu başlıqların ayrı-ayrılıqda nümunələri ilə tanış olaq.

Əvvəlki məqalədə qeyd etdiyimiz kimi, özütuşlanan başlıqlar (ÖTB) - hücum obyektinə birbaşa zərbə endirmək və ya hədəfə döyüş başlığının məhvetmə radiusundan daha yaxın bir məsafədə yaxınlaşmaq üçün idarəolunan vasitələrə (raketlərə, bombalara, torpedolara və s.) quraşdırılan avtomatik bir qurğudur, cihaz hədəfə tuşlanmanın yüksək dəqiqliyini təmin edir. Tuşlama sistemi (TS) - komanda ilə tuşlanmadan fərqli olaraq, heyətin və xarici idarəetmə sistemlərinin iştirakı olmadan, raket və ya digər sursatın minimal yayınma ilə hədəfə göndərilməsi üçün nəzərdə tutulan qurğular toplusudur. ÖTB isə tuşlama sisteminin bir elementidir.

ÖTB ilə təchiz olunan TS, əmrlə tuşlanan raketlərdən fərqli olaraq, özü və ya daşıyıcı tərəfindən "işıqlandırılan" şüa mənbəyini və ya kontrastlı hədəfləri görərək onlara doğru müstəqil tuşlana bilir.

Özütuşlanan başlıq (ÖTB) raket və ya mərminin adətən burun hissəsində yerləşdirilir və tuşlama sisteminin əsas elementi hesab edilir. ÖTB hədəf tərəfindən yayılan (əks etdirilən) mexaniki (akustik) və ya şüa enerjisini (müxtəlif uzunluqlu elektromaqnit dalğalarını) istifadə edərkən, özü, qəbuledici kimi fəaliyyət göstərir.

Optik ÖTB-nin təsnifatı, növləri və iş prinsipi

Taktiki yerüstü hədəfləri məhv etmək üçün idarəolunan raketlərin optik tuşlama başlıqları quruluşuna, tuşlama prinsipinə, idarəetmə sistemlərinə və müxtəlif növ optik sensorların istifadəsinə görə fərqlənir.

Optik tuşlama 3 əsas növə bölünür: passiv, aktiv və yarı-aktiv. Bu 3 əsas növ istifadə təyinatına görə müxtəlif dəyişiklik və kombinasiyalara məruz qala bilər. Bu yazıda Sizi passiv ÖTB ilə yaxından tanış etməyi qərara aldıq.

Passiv özütuşlanan başlığın iş prinsipi, raketdə yerləşdirilən qəbuledicinin hədəfin özü tərəfindən yayılan enerjisindən istifadə etməsinə əsaslanır. Passiv sistemin aktiv və yarı-aktiv növlərdən əsas fərqi, idarəetmə siqnallarının yaradılması üçün şüalanmanın hədəfin özü tərəfindən yaradılmasındadır, buna görə heç bir əlavə şüalanma mənbəyi tələb olunmur.

Açıq mətbuat mənbələrindən passiv tuşlamanı nəzərdən keçirmək üçün raketin dizayn xüsusiyyətləri, onun buraxılması və ələ keçirilməsi barədə məlumatlara diqqət yetirdik. Məlumatların az olması səbəbindən ÖTB parametrlərinin qiymətləndirilməsi minimum səviyyədə yerinə yetiriləcək. Burada hədəf aşkarlanması "Conson şərtləri"nə uyğun, raketin özündə optik sistemin (OS) yerləşdirilməsi imkanı ilə həyata keçirilir. "Conson şərtləri"nə görə, 50% ehtimal ilə hədəf tanınması və ələ keçirilməsi üçün kritik hədəf ölçüsünün ən azı 5 piksel ilə qəbuledici şüalanma ilə örtülməsi zəruridir. Bu meyar optik sistemin minimum fokus uzunluğuna da məhdudiyyət tətbiq edir.

Quruluşu, əsas texniki xüsusiyyətləri

Konstruksiya olaraq ÖTB iki hissədən: qirokoordinator və elektron blokdan ibarətdir. Funksional olaraq isə ÖTB-nin tərkibinə daxildir:

- Hədəf koordinatlarının izləyicisi;
- Elektron kilidlənmə sistemi;
- Qiroskop dövrlərini dəstəkləyən və sürətləndirilmə sistemi;
- İnfraqırmızı kanalın fotoqəbuledicisinin soyutma sistemi;
- Koordinat konverteri.

Tuşlama sistemi girişdə qeyd etdiyimiz kimi raket və hədəfin nisbi mövqeyini təyin edən, raketin uçuş traektoriyasına zəruri düzəlişlər edən qurğular toplusudur. Sistemin bəzi elementləri raketdən kənarda - ya start mövqeyində, ya da hədəf rayonunda yerləşdirilə bilər. Adətən tuşlama sistemi həssas elementləri (sensorları), elektron hesablama avadanlıqlarını, nəzarət və stabilləşdirici qurğuları özündə birləşdirir. Sistemin elektron hesablama avadanlıqları xüsusi sensorlardan aldığı məlumatlar əsasında hədəfə nisbətdə raketin vəziyyətini, ona qədər məsafəni, bu məsafənin dəyişmə dinamikasını, hədəf-raket xəttinin bucaq fırlanma sürətini təyin edir. ÖTB-dən çıxan, gərginlik və ya cərəyan şəklində qəbul edilən siqnallar müvafiq idarəetmə sükanlarının uçuşuna nəzarət etmək üçün komandaların (əmrlərin) yaradılması üçün istifadə olunur. Yeni siqnallara müvafiq sükan idarəetmə bucağı uyğun gəlir. Beləliklə, raket uçuşunun davamlı və fasiləsiz tənzimləməsi həyata keçirilir.

Passiv tuşlanan optik ÖTB-yə aid materialı daha da detallı şəkildə nəzərinizə çatdırmaq üçün bu başlıqdan istifadə edən 9M37 "Strela 10" ZRK nümunəsinin bəzi əsas texniki xüsusiyyətlərinə nəzər salaq:

- Baxış sahəsi - 1º;
- Maksimal pelenq bucağı - 40 °;
- İşə hazırlıq müddəti - 5 s;
- ÖTB-nin davamlı işləmə müddəti - 10 dəqiqə, sonra 30 dəqiqə ara verməklə təkrar aktiv rejimə keçmək mümkündür.

Optik ÖTB başlığının əsas elementlərinin təyinatı

1. Hədəf koordinatlarının izləyicisi raket - hədəf xəttinin fırlanma sürətinin ölçülməsi üçün nəzərdə tutulan əsas sistemdir. Bu səbəbdən onu tərkibi və funksiyaları ilə daha yaxından tanış olmalıyıq. Onun tərkibi:

- Optik sistemdən;
- Giroskopik sistemdən;
- Elektron gücləndirmə traktından;
- Maqnetik nizamlama sistemindən ibarətdir.

a) Optik sistem hədəfdən daxil olan şüa axınını qəbul etmək, onu fokuslaşdırmaq, modulyasiya etmək və elektrik siqnalına çevirmək üçün nəzərdə tutulur. Optik sistem iki dalğa diapazonuna görə, hazırlanan aynalı-linzalı obyektivdir. Optik sistem hədəfdən gələn enerjini alır, onu fotokontrast (FK) və infraqırmızı (İQ) iki kanala bölür və modul diskə (MD) yönəldir.

b) Giroskopik sisteminin əsas elementi üçmərhələli giroskopdur, onun rotorunda ÖTB-nin optik sistemi yığılır. Bu halda, başlığın optik oxu, giroskopun rotorunun fırlanma oxu ilə üst-üstə düşür.

c) Elektron gücləndirici traktı hədəfi izləyərkən giroskopun rotor mövqeyinin nizamlanması üçün maqnit sistemin fəaliyyətini təmin edən bir göstəriciyə qədər fotodetektor siqnallarını gücləndirmək üçün nəzərdə tutulur.

d) Maqnetik nizamlama sistemi giroskop rotorunun hədəf istiqamətində yerdəyişməsini təmin edir.

2. Elektrik kilidlənmə sistemi tuşlama zamanı ÖTB-nin optik oxunun (giroskop rotorunun oxunun) raketin uzununa oxu ilə birləşməsi üçün yerdəyişməsini təmin edir. Elektron kilidlənmə sistemi:

- Axımlı başlıq;
- Düz əks-ayna;
- Tutucu;
- Kiçik düz ayna;
- Müdaxilə filtrləri;
- Asferik qəbuledici ayna;
- FK kanalının modul diski;
- Kondensatorlar;
- FK kanalının fotodetektoru;
- İQ kanalın modul diski;
- İQ kanalın fotomüqavimətindən ibarətdir.

3. Giroskopun sürətlənmə və fırlanma sürətinə dəstək sistemi, giroskopun fırlanmasını nominal tezliyə qədər sürətləndirmək və sürəti saxlamaq üçün nəzərdə tutulur.

4. İQ kanalın fotodetektorunun soyutma sistemi, ÖTB-nin həssaslığını artırmaq üçün mikrosoyuducuya maye azotun verilməsini təmin edir. Bu məqsədlə İR kanalının fotodetektoru -200° C-yə qədər soyudulan sıxılmış azotla çalışan mikrosoyuducu ilə soyudulur. Giroskop sistemi isə "raket-hədəf" xəttinin bucaq sürətini və hədəfi izləmək üçün lazım olan pelenq buçağını ölçmək üçün bir istinad sistemi yaratmaq üçün nəzərdə tutulub.

5. Koordinat konvertoru hədəflərdən gələn siqnalları çevirmək və raketin idarəetmə sükanlarına ötürmək üçün komandaları (əmrləri) inkişaf etdirmək üçün nəzərdə tutulur. Bir çox optik sistemlərdə FK kanalı amplituda-faza modulyasiyasında, İQ kanalında isə tezlik-faza modulasiyasında hədəfdən gələn siqnallarin çevrilməsini təmin edən daha mürəkkəb disklərdən istifadə olunur. Sistemdəki disklər fotodetektora daxil olan hədəfin parlaq enerji axını modulyasiya edir. Burada enerji axını, parametrləri hədəf və raketin qarşılıqlı mövqeyindən - yəni tuşlama xəttinin istiqaməti və göstəricisi ilə hədəf istiqamətindən asılı olan bir elektrik siqnalına çevrilir.

Passiv optik ÖTB-nin tətbiq sahələri

Passiv optik ÖTB-dən bir çox sistemlərdə - "Javelin", "Spike-MR", "Spike-ER", UMTAŞ/OMTAŞ, "Ştrix", MMR, "Pars 3", AGM "Maverick" idarəolunan raketlərində - tətbiq edilir.

İdarəolunan "Javelin" raketində ÖTB parametrlərinin qiymətləndirilməsini nəzərdən keçirək. "Javelin" TƏİRK 2500 m-ə qədər məsafədə zirehli vasitələri məhv etmək üçün nəzərdə tutulub. Operator hədəfi 8-12 mikron dalğa diapazonunda fəaliyyət göstərən termal özütuşlanan başlığından (TÖTB) istifadə edərək, raketin açılmasından əvvəl hədəfi ələ keçirir, sonra isə avtomatik olaraq tuşlama həyata keçirilir.

"Javelin" idarəolunan raketində 64x64 elementli formatda matritsa şüalanmasını qəbul edən passiv termal ÖTB istifadə edilir. Kompleksin bütün gün ərzində fasiləsiz fəaliyyət göstərməsini, "Raytheon" şirkəti tərəfindən hazırlanan 64x64 elementli kadmiyum-civə-tellurium (KCT) birləşməsi təmin edir.

Bunun da nəzərə alınması vacibdir ki, ÖTB-nin görünüş sahəsi 1 °, matritsanın şüa qəbuledicisinin piksel ölçüsü isə 61 mkm olarsa, optik sistemin fokus uzunluğu 224 mm olacaq. ÖTB-nin tərkibinə aynalı linza və optik sistemlər daxil olduğuna görə sistemin qısa üfuqi ölçüləri ilə böyük fokus məsafəsinin həyata keçirilməsinə imkan yaranır.

2013-ci ildə modernləşdirimə nəticəsində "Javelin Block1" raketinin optik sisteminin piksel sayı 128x128 element sayına qədər artırıldı, nəticədə raket iki hədəfi eyni zamanda 4750 metr məsafədə izləyərək məhv edə bilir.

Türkiyənin eyni tuşlama sisteminə malik UMTAS/OMTAS idarəolunan raketlərinin yerüstü atıcı qurğudan 4000 metr, T-129 "Atak" helikopterindən buraxılan hava versiyası isə 8000 metr məsafədə hədəfləri məhv edə bilir. 160 mm çapa malik raketlər uçuşda operator tərəfindən yeni hədəflərə də yönləndirilə bilər. Optik ÖTB soyudulmayan mikrobiometrik matritsaya əsaslanır və yerli ASELSAN tərəfindən istehsal edilir.

Passiv optik ÖTB-lər raket və digər məhvetmə vasitələrinin ciddi potensiala malik perspektiv sahəsidir, onların quruluşunda gələcəkdə daha proqressiv və yeni sistemlərin tətbiq edilə biləcəyi gözləniləndir.

Mənbələr:
http://www.kaznu.kz/Content/%D0%97%D0%A0%D0%9A%20%C2%AB%D0%A1%D1%82%D1%80%D0%B5%D0%BB%D0%B0-10%C2%BB/page3.html
https://docplayer.ru/48860039-Obzor-passivnyh-opticheskih-gsn-dlya-porazheniya-nazemnyh-takticheskih-celey-a-a-shilin.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Passiv   ÖTB  

Passiv optik özütuşlanan başlıqlar - HƏRBİ ESKPERT (II Yazı)

2019/01/23894-4641840945.jpg
Oxunub: 1430     12:06     12 Yanvar 2019    