Bu qəribə silahlar nə üçün istifadə olunacaq? - FOTOLAR (VİDEO)

2018/12/6-1545038265.jpg
Oxunub: 1854     18:23     17 Dekabr 2018    
1807-ci ildə yaradılmış “Kalaşnikov” şirkəti bu gün də Rusiya ordusunu silahlarla təmin edir. Ən məşhur silahı AK-47 olan şirkət artıq 27 ölkəyə silah ixracatı həyata keçirir.

Ordu.az “Business Insıder” nəşrinə istinadən xəbər verir ki, şirkət hələ istifadə edilib edilmədiyi məlum olmayan 15 silah prototipi barədə məlumat yayımlayıb.

1. “Konsept Təyyarəsi” dronu: Pilotun mərkəzdə oturduğu və ətrafında 8 pərdən istifadə olunan bu dronun necə istifadə ediləcəyi məlum deyil.



2. Zirehli hücum qayığı: Bu silahın Rusiya Xüsusi Əməliyyat Qüvvələrində istifadə ediləcəyi gözlənilir. O, 400 dəniz mili mənzilindədir və nəzarət üçün PUA-larla dəstəklənir.



3. “Tourist” zirehli maşını: Səhrada fəaliyyət göstərmək üçün hazırlanmış avadanlığın yuxarı hissəsinə avtomatik tüfəng yerləşdirilib.


4. REX-1: Şirkətin verdiyi məlumata görə, bu silah elektron dalğaları kəsərək dron və digər bütün elektron alətləri istifadəsiz hala gətirir.


5. Zala 421-16E2: 22 mil hündürlükdə fəaliyyət göstərə bilən video nəzarət PUA-sıdır.


6. “Izh” motosikleti: Yüksək sürətli bu motosikletin Putinin qoruyucu komandasında xidmətə veriləcəyi gözlənilir.



7. Elektrikli motosikletlər: Moskva polisi tərəfindən istifadə ediləcək.


8. “Igorek” robotu: Mühəndislik və döyüş problemlərini həll edəcək.


9. Xüsusi maşın: Bu silah xüsusi mühafizə edilmiş kabin və polad örtüklə təmin edilib. Rusiya polisi tərəfindən istifadə edilməsi gözlənilir.


10. Səssiz elektrik velosipedi: Rusiya Xüsusi Əməliyyatlar qrupunun axtarış əməliyyatları və reydləri üçün nəzərdə tutulub.



11. Süni zəka idarəetməli silah: Bu silah hədəfləri müəyyən edərək hansının prioritet olduğuna qərar verir və heyvanlar kimi təhlükəli olmayan hədəfləri məhv etmir.


12. Xüsusi jiletlər: Bu jiletlər düşmənin hərbçilərin yerini müəyyən etməsinə icazə vermir.


13. “Uran-6 kompleksi”: Bu avadanlıq minaların müəyyən edilməsində istifadə ediləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Texnologiya  


Bizi "telegram"da izləyin