Türkiyəni texnoloji müstəqilliyə aparan yol: Dron və mühərrik sahəsindəki uğurlar

2018/11/36485-1543387790.jpg
Oxunub: 2280     10:46     28 Noyabr 2018    
İki türk kompaniyası davamlı olaraq milli dronlar və zirehli vasitələri hərəkətə gətirə biləcək yerli mühərrik istehsalı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə etdiyinə dair xəbərlər yayır.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu firmalar “TUSAŞ Motor Sanayi” (TEI) və TÜMOSAN-dır.

TEI təzəliklə orta yüksəklik, uzun müddətli ANKA dronunda istifadə etmək məqsədilə üzərində işlədiyi yerli mühərrikin dizayn, təkmilləşdirmə və ilkin istehsalını tamamladığını bəyan edib.

Firmanın məlumatına görə, o, PD170 mühərrikini ANKA-ya uğurla inteqrasiya edib. PD170 vasitəsilə hərəkətə gətirilən ANKA-nın uçuş sınaqları isə ilin sonlarına qədər həyata keçiriləcək.

Bununla eyni zamanda başqa bir türk mühərrik firması TÜMOSAN isə ölkənin zirehli vasitələri üçün nəzərdə tutulmuş ilk yerli mühərrikinin dizayn, təkmilləşdirmə və istehsalını tamamladığını elan edib.

TÜMOSAN bildirib ki, o, “Pusat” adlı yeni dörd təkərli taktiki zirehli vasitə gətirib və öz mühərriki ilə transmissiya sistemini “Pusat”a inteqrasiya edib. Firmanın layihə rəhbəri Volkan Gün bütün sınaqların 2019-cu ildə yekunlaşacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiiyə   Dron   PUA  


Bizi "telegram"da izləyin