Krakovda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Minsk Qrupu həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) görüşüblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşəcəklər.
Alpər Mövludoğlu
Ordu.az